27 Fevral 2021 19:44
675
SİYASƏT
A- A+

Əmrullah İşlər: Türkiyə-Azərbaycan birliyi prezidentlərimizin qardaşlıq münasibətləri sayəsində daha da möhkəmlənəcək

 

Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümünü qeyd edir, şəhidlərimizin xatirəsinə ehtiram göstəririk. Bu ilə isə ənənəvi anım mərasiminə fərqli şəkildə toplandıq. Çünki Qarabağ otuz ildən sonra erməni işğalından xilas edilib. Bu Zəfərlə qurur duyuruq. Amma bundan sonra da hər zaman şəhidlərimizi ehtiramla yad edəcəyik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü Əmrullah İşlər söyləyib.

Ümummilli lider Heydər Əliyevin tarixi “Bir millət, iki dövlət” ifadəsini xatırladan deputat deyib ki, Türkiyənin mənəvi dəstəyi və azərbaycanlı qardaşlarımızın mücadiləsi ilə Qarabağ düşməndən azad edilib. Bu birlik hər zaman qorunacaq və gücümüzü artıracaq.

İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri sayəsində birliyimiz daha da möhkəmlənəcək və gücümüzü bundan sonra da artıracaq.

Deputat diqqətə çatdırıb ki, Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı Abidə-Muzey Kompleksi daim ziyarət olunur və insanlar tariximizlə bağlı məlumat əldə edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video