11:07 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün açıq havada “DOST Guşəsi” idman-əyləncə sahəsi istifadəyə verilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
17:56 24.11.2020

Heydər Əliyev Fondunun təşəbbüsü və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Bakının Xətai rayonundakı idman-əyləncə park kompleksində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün "DOST Guşəsi” adlı idman və əyləncə sahəsi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, burada fiziki məhdudiyyətli şəxslərin müxtəlif idman növləri ilə məşğul ola bilmələri, asudə vaxtlarını keçirmələri məqsədilə, həmçinin onların istifadə imkanlarına uyğun idman avadanlıqları, karusellər və əlavə qurğular quraşdırılıb. Əlil arabasında olan şəxslər də ərazidə idmanla məşğul ola, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar əyləncə qurğularından yararlana biləcəklər.

Layihənin təqdimatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusibova iştirak ediblər.

Təqdimat zamanı Prezident İlham Əliyevin həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə xüsusi qayğısından bəhs olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr sırasında sosialyönümlü, həmçinin əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlara yönəlik tədbirlərin xüsusi yer tutduğu bildirilib.

Qeyd edilib ki, fiziki məhdudiyyətləri olan insanların qayğı ilə əhatə olunması, reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində Heydər Əliyev Fondu bu günədək dövlət siyasətinə dəstək olaraq bir sıra layihələr həyata keçirib. Eyni zamanda, həmin insanlar arasında sağlam həyat tərzinin formalaşdırılması, onların idmana marağının artırılması, bu məqsədlə müvafiq şəraitin yaradılması diqqətdə saxlanır.

Xətai rayonundakı idman-əyləncə park kompleksində "DOST Guşəsi”nin yaradılması da bu mərama xidmət edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə artıq bir neçə ildir "Bizim həyət” layihəsi icra olunur. Bu zaman da sağlam həyat tərzinin formalaşdırılması, eləcə də əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti, asudə vaxtlarını mənalı keçirmələri üçün şəraitin yaradılması diqqətdə saxlanır.

Bildirilib ki, Sosial Xidmətlər Agentliyi də fiziki məhdudiyyətli vətəndaşların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası imkanlarının artırılmasına yönələn layihələrə dəstək verir və belə layihələr gələcəkdə də davam edəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM