26 Fevral 2021 17:02
584
SİYASƏT
A- A+

Əli Əhmədov: Xocalı bizim qan yaddaşımızdır

 

Xocalı soyqırımı Azərbaycan tarixində ən böyük faciədir. 44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarını dərin ehtiramla yad edir.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, YAP-ın Sədr müavini- İcra katibi Əli Əhmədov XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət edib.

YAP-ın Sədr müavini Əli Əhmədov bildirib ki, Xocalı faciəsində şəhid olan soydaşlarımızın qanı yerdə qalmadı. “Bütün Azərbaycan torpaqları uğrunda şəhid olan vətəndaşlarımızın qisası alındı. Həm Qarabağ işğaldan azad olundu, həm də erməni faşistlərinə layiqli dərs verildi. Bütün dünya Xocalı qətliamı timsalında erməni faşistlərinin həqiqi üzünü gördü. Xocalı bizim qan yaddaşımızdır. Biz Xocalı faciəsini heç vaxt unutmayacağıq. Bu bizim qarşımızda duran əsas məsələlərdən biridir”, - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video