06:02 09 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ekspert: Beynəlxalq Valyuta Fondunun proqnozları Azərbaycan iqtisadiyyatına nikbinlik yaradır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:17 27.01.2021

 

Beynəlxalq Valyuta Fondu (IMF) dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi hesabatını açıqlayıb. Fondun ekspertlərinin hesablamalarına əsasən, qlobal iqtisadiyyat 2021-ci ildə 5,5 faiz, 2022-ci ildə isə 4,2 faiz artım nümayiş etdirəcək. Müvafiq artım tendensiyaları qlobal ticarətdə də davam edəcək və növbəti 2 ildə müvafiq olaraq 8,1 və 6,3 faizlik artım trendləri müşahidə olunacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov AZƏRTAC-a bildirib ki, qlobal səviyyədə fövqəladə qeyri-müəyyən vəziyyətə baxmayaraq, əvvəlki hesabatla müqayisədə iqtisadi artım proqnozları 0,3 faiz artırılıb. Bu isə xüsusi ilə də, dekabr ayından başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə nəhayət ki, pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar və ABŞ və Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilən iqtisadi dəstək siyasətləri ilə bağlıdır. Başa çatmaqda olan ilin göstəriciləri üzrə də qlobal iqtisadiyyatda azalma ötən ilin ikinci yarısında baş verən iqtisadi hadisələrə bağlı olaraq gözləniləndən 0,9 faiz daha az olub ki, bu da növbəti 2 il üzrə də artım gözləntiləri üçün yaxşı baza rolunu oynayır.

“IMF-nin hesablamalarına əsasən, qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı artım göstəriciləri pandemiya ilə mübarizənin nəticələrindən asılı olaraq müəyyənləşəcək. Belə ki, qlobal miqyasda vaksinasiya və müalicə proseslərinin daha sürətli və uğurlu baş verməsi fonunda paralel olaraq karantin tədbirlərinin zəiflədilməsi istehlak, investisiyalar və məşğulluğun daha yüksək inkişafı ilə nəticələnə bilər”, - deyə o əlavə edib.

Ekspert deyib ki, iqtisadi artım və böyümə proqnozları ölkələr üzrə fərqlidir və səhiyyə xidmətləri, dəstək siyasətləri və digər spesifik xüsusiyyətlərdən asılı olaraq dəyişir. Azərbaycanın da daxil olduğu inkişafda olan ölkələr qrupunda iqtisadi artımın mərhələli bərpası daha çox özünü göstərəcək. Belə ki, qrup ölkələrində növbəti iki ildə iqtisadi artım 6,3 və 5 faiz, ticarətin həcmi isə 9,2 və 6,7 faiz proqnozlaşdırılır. IMF-nin proqnozlarına görə mərkəzi banklar 2022-ci ilin sonunadək faiz dərəcəsi siyasətini müəyyən olunan dəhliz çərçivəsində saxlayacaq və inkişafda olan ölkələr üçün bu istiqamətdə maliyyə vəziyyəti daha da yaxşılaşacaq. İnkişaf etmiş ölkələrdə inflyasiya göstəricilərinin hədəf diapazonu ötməyəcəyi və 1,5 faiz təşkil edəcəyi, inkişafda olan ölkələr üzrə də analoji trendin davam edərək 4 faiz üzərində olacağı və bu göstəricinin qrup ölkələri üçün tarixi minimum təşkil edəcəyi hesablamalarda öz əksini tapıb.

“Hesabatda diqqət çəkən mühüm bir məqam da dünya əmtəə bazarlarında neft qiymətləri ilə bağlıdır. Qlobal yenidənbərpanın da təsirləri ilə müvafiq əmtəənin qiymətlərinin 2020-ci illə müqayisədə 21,2 faiz artacağı proqnozlaşdırılır. “Brent”, Dubay və “WTI” neftinin orta qiyməti əsasında hesablamalarda 2021-ci ildə dünya bazarlarında neft qiymətlərinin 50 ABŞ dolları/barrelə çatacağı proqnozlaşdırmışdır ki, bu da oktyabr üzrə müvafiq proqnoz göstəricilərindən 4 ABŞ dolları/barrel daha yüksək göstəricidir. Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı və smart iqtisadi modelin qurulması prioritet təşkil etsə də, indiki halda neft qiymətləri ilə bağlı pozitiv proqnozlar Azərbaycan iqtisadiyyatında iqtisadi artım drayverlərini tətikləyəcək”, - deyə o bildirib.

“Hesabatdan çıxan mühüm nəticələrdən biri də ondan ibarətdir ki, IMF-nin məlumatına əsasən, inkişafda olan ölkələr pandemiya ilə mübarizə çərçivəsində ciddi borc problemləri ilə üzləşib. Buna müvafiq olaraq, hesabatda pandemiya ilə mübarizə aparılması məqsədi ilə qlobal miqyasda çoxvektorlu əməkdaşlıq siyasətinin qurulması, vaksinasiyaya bərabər çıxış imkanlarının təmin edilməsi və inkişafda olan ölkələrin artmaqda olan borc problemləri və gözlənilən likvidlik problemlərinə diqqət yönəldilir. Qeyd edək ki, bu baxımdan Azərbaycan pandemiya ilə mübarizəni yalnız öz daxili fiskal resursları hesabına təmin etməklə xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən biri kimi öz mövqeyini qoruyub saxladı. Beləliklə, nüfuzlu beynəlxalq agentlik və təşkilatların proqnozları, həmçinin Qarabağın maddi və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması 2021-ci ildə ölkəmizi iqtisadi inkişaf meqatrendlərinin gözlədiyini göstərir”, - deyə departament rəhbəri qeyd edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM