03 Mart 2021 11:19
601
CƏMİYYƏT
A- A+

Düşmənin artilleriya atəşi nəticəsində Ağdamda məktəblərə dəymiş ziyan aradan qaldırılır

 

Ermənistan silahlı bölmələri tərəfindən 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycanın yaşayış məntəqələrin artilleriya atəşinə tutması nəticəsində məktəb binalarına da ciddi ziyan dəyib. Düşmənin atəşə tutduğu digər rayonlarda olduğu kimi, Ağdamda da dəyən ziyanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artilleriya atəşi nəticəsində Ağdam rayonunda 17 məktəb binasına ziyan dəymişdi. Artıq məktəblərdən 16-da dəyən ziyan aradan qaldırılaraq dərslər bərpa olunub. Daha çox ziyan dəymiş Birinci Baharlı qəsəbə tam orta məktəbin binasında isə Təhsil Nazirliyi tərəfindən təmir-bərpa işləri davam etdirilir.

İş icraçısı Xosrov Həsənov müxbirimizlə söhbətində bildirib ki, mərminin partlaması nəticəsində məktəbin 3 sinif otağı dağılmış, dam örtüyü sıradan çıxmış, məktəbə xeyli ziyan dəymişdi. Artıq dağılmış hissədə hörgü, tavan, döşəmə işləri yekunlaşıb, korpusun birinin dam örtüyü vurulub. Hazırda suvaq işləri görülür, digər korpusun damı vurulur. Təmir işlərinin mart ayında başa çatdırılması nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video