22 Fevral 2021 18:56
763
DÜNYA
A- A+

Dünyada COVID-19-a yoluxanların sayı 111 milyonu keçdi

 

Pandemiya başlayandan bəri dünyada koronavirusa yoluxma hallarının sayı 111 milyon 365 min 522-yə çatmışdır. Bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat vermişdir.

COVID-19-dan 2 milyon 466 min 241 nəfər vəfat etmiş, 86 milyon nəfərdən çox adam sağalmışdır.

10 milyon çox yoluxma halı qeydə alınmış ölkələr ABŞ, Hindistan və Braziliyadır. ABŞ-da 28 milyon 133 min 699 nəfər infeksiyaya yoluxmuş, onlardan 498 min 883 nəfər vəfat etmiş, 18 milyon nəfərdən çox adam sağalmışdır. Hindistanda koronavirusa yoluxanların sayı 11 milyon 5 min 850-yə çatmış, 156 min 385 nəfər vəfat etmiş, təxminən 11 milyon nəfər sağalmışdır. Braziliyada 10 milyon 168 min 174 yoluxma halı qeydə alınmış, 246 min 504 nəfər vəfat etmiş, 9 milyon nəfərdən çox xəstə sağalmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video