03 Aprel 2019 00:26
2840
Oxucu məktubları
A- A+

Dövlət başçısına minnətdarıq


Ölkəmizdə Arıçılıq Mərkəzinin yaradılması, Arıçılar Assosiasıyasının təsis edilməsi, damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, habelə sərgi-satış yarmarkalarının təşkili dövlətin bu sahəyə göstərdiyi qayğının təzahürüdür.

30 ilə yaxındır arıçılıqla məşğulam. Keçən il 100 arı ailəsinə baxırdım. Arı ailələrindən 1 tona yaxın bal götürdüm. Həmin balın yarısını Bakıda təşkil edilmiş yarmarkada, qalanını qapımda satdım. Əldə etdiyim qazanc ailəmin bütün ehtiyaclarını artıqlaması ilə ödəyir.

Ötən il martın 5-də ölkə rəhbəri cənab İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən 2018-ci il də daxil olmaqla 5 il müddətində hər arı ailəsinə görə ildə 10 manat məbləğində subsidiya verilməsi arıçılar arasında ruh yüksəkliyi yaratmışdır. Mən də arı təknələrinin sayını 120-yə çatdırmışam.

Hazırda hər arı ailəsinə görə dövlət tərəfindən subsidiyanın verilməsinə başlanmışdır. Mən də subsidiya alanlar sırasındayam. Çünki saxladığım arı təknələrinin hamısı qeydiyyatdan keçirilmişdir. Bu günlərdə mənə çatacaq vəsait bank hesabıma köçürüləcəkdir. Yaradılan bu şəraitə və qayğıya görə dövlət başçısına minnətdarıq. Bu qayğı eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur. Gərək bu qayğıya əməli işimizlə cavab verək.

Qabil HACIYEV,

Tovuz rayonunun Aşağı Quşçu kəndinin sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video