17:21 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dilşad Məmmədova: Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:05 18.01.2021

 

İyirmi səkkiz il öncə doğma yurdundan köçkün düşən Dilşad Məmmədova indi azad edilən Kəlbəcərə atla qayıtmağa hazırlaşır. O, erməni faşistlərindən canını xilas etmək üçün Kəlbəcəri elə atla tərk etmişdi.

AZƏRTAC xəbər verir ki, 1993-ci ilin aprel ayında bütün kəlbəcərlilər kimi, Dilşad Məmmədova və ailəsi də Kəlbəcəri ürək ağrısı ilə tərk etmişdi. Canlarını xilas etməyə çalışan insanlar qarlı-şaxtalı havada müsibətlər içərisində yurdundan didərgin düşmüşdü. Həmin an sakinlər mümkün yollarla aran rayonlarına üz tuturdu. Dilşad Məmmədova da həmin vətəndaşlarımız arasında idi. O, Kəlbəcərdən soyuq havada at belində çıxmalı olmuşdu.

Uzun illər məcburi köçkün həyatı yaşayan, qəlbi Kəlbəcər ilə döyünən Dilşad Məmmədova bir an olsun belə inamını itirmədi, geriyə dönəcəyi günü gözlədi. Müjdəli xəbər isə ötən il noyabrın 25-də gəldi. Mənfur düşmən Azərbaycan Ordusu qarşısında tab gətirməyərək, Kəlbəcəri tərk etməyə məcbur oldu.

İllər öncə Kəlbəcəri atla ürəyi dağlı tərk edən Dilşad Məmmədova, indi sevinclə, qürurla atına minib doğma yurduna qayıtmağa hazırlaşır. Kəlbəcərin Narınclar kəndindən olan bu ailə məcburi köçkün düşərkən İmişli rayonunun Məmmədli kəndində məskunlaşıb. Dilşad Məmmədova deyir ki, nəqliyyat vasitəsinin hərəkət edə bilmədiyi dağlıq ərazilərdən at belində 24 gün yol gəliblər: “Heç vaxt unuda bilməyəcəyimiz çətinlikləri yaşadıq. O zülmlü günləri danışmaqla təsəvvür etmək olmaz. Qarlı, çovğunlu hava idi. Min-bir əzab-əziyyətlə gəldik... Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam. Əhd eləmişəm. Bu at da o vaxt köçkün düşərkən gəldim atın nəslindəndir. Hər gün ona sığal çəkir, tumarlayıram”.

Atın yəhərini illərdir qoruyub saxlayan müsahibimiz söyləyir ki, yəhərüstü Kəlbəcərdə toxunulub. Əlli beş ildən çox yaşı var. Artıq köç üçün hazırlıqlar da tamamlanıb.

Dilşad Məmmədovanın həyat yoldaşı Əbülfət Fərzəliyev isə deyir ki, Kəlbəcərə qayıtmağa hazırdırlar. Orada da təsərrüfat yaradacaq, mal-qara saxlayacaq, əkin-biçinlə məşğul olacaqlar.

Qeyd edək ki, Dilşad Məmmədova və ailəsi Vətən müharibəsi dövründə ordumuza dəstəklərini əsirgəməyiblər. Bu məqsədlə Silahlı Qüvvələrin Yardım Fonduna ianə də ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM