23:56 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

DƏMİR YUMRUQ
ANA SƏHİFƏ / SİYASƏT
01:18 29.11.2020


"Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”.

İlham ƏLİYEV


Qədim Azərbaycan atalar sözüdür:

"Dua oxumaqla donuz darıdan çıxmaz!”

Görünür, müdrik babalarımız bu sözü ermənilərə baxaraq yaradıblar.

Çünki son 27 ildə bu qudurmuş millətin simasında onun təsdiqinin dönə-dönə şahidi olduq:

Ermənilər "sülh danışıqları yolu ilə” - yəni ATƏT-in oxuduğu "dualarla” işğal etdikləri Azərbaycan ərazilərindən çıxmadılar!

Onları Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu çıxardı.

Deməli, "dua”dan yumruq təsirli imiş!

***

Əgər kimsə düşünürsə ki, yumruq yalnız zorakılıq əlamətidir, ciddi səhv edir!

Yumruq həm də təsirli tərbiyə vasitəsidir!

Çünki yolunu azmış adamları ağıllandıra bilir!

Necə deyərlər:

* Qanmazı qandırır!

* Anlamazı başa salır!

* İslaholunmazı düz yola qaytarır!

* Bir sözlə, dəyişməzi dəyişir!

Amma baxır adamına.

Atalar həm də deyib ki, yüyürən at qamçı yeməz!

Paşinyan kimilərini isə yalnız yumruqla başa salmaq mümkündür!

Özü də adi yumruqla yox!

Dəmir yumruqla!

***

"Dəmir yumruq” beş barmaqda

* yaranır və hər barmağın öz mənası var.

* Baş barmaq rəhbərin müdrükliyinin və uzaqgörənliyinin, zəka və bacarığının, habelə iradə, qətiyyət və mənəvi gücünün göstəricisidir!

Sonrakı barmaqlar isə:

* Dövlətin iqtisadi və siyasi müstəqilliyini, dayanıqlığını;

* Dünya diplomatiyasında yerini və nüfuzunu, çəkisini;

* Ordunun gücünü, silahlanmasının müasirliyini və keyfiyyətini, eyni zamanda əsgər və zabitlərinin peşəkarlığını və qəhrəmanlığını, cəsarət və şücaətini;

* Ən nəhayət, iqtidarla xalqın vəhdətini, milli birliyi və həmrəyliyi əks etdirir.

Bunların beşi də mövcud olmadan, bir əldə qərar tutmadan yumruğun dəmirə çevrilməsi çətindir!

* Daha bir vacib məqam isə yumruğun ustalıqla işlədilməsi, düşmənin kəlləsinə zamanında və dəqiqliklə çırpılmasıdır!

Çünki zamanında və yerində tutuzdurulan yumruq birə-yüz ffect verir!

Onun "dadını” görənlər ömürləri boyu unutmurlar!

Müzəffər Ali Baş Komandan

İlham Əliyevin dəmir yumruğu vədəsində və anında Paşinyanın başını əzərək onu rəzil, miskin günə saldı!

Azərbaycan qarşısında diz çökdürdü!

Ona-buna yalvarmaqdan, daban yalamaqdan bir şey çıxmadığını görən erməni baş nazir kapitulyasiya sənədinə qol çəkdi!

* Bu yumruq Ermənistan ordusunu darmadağın etdi.

Artıq düşmənin öz etirafına görə ordusunun 80 faizi yoxdur!

* Bu yumruğun qorxusundan keçmiş Ermənistan prezidentləri R.Koçaryan və S.Sarkisyan hərbi əməliyyatlar zamanı qorxularından üzə çıxa bilmədilər!

* Həmin yumruğun zərbindən Qarabağ müharibəsinin "erməni qəhrəman”larının aldıqları torpaqlar da geri qaytarıldı, orduları isə fərarilər və qorxaqlar yığnağına çevrildi!

* Bu yumruğun qorxusundan Paşinyan özünün yeddi şərtini unudaraq Azərbaycanın bir şərtinə - rədd olub getmə şərtinə yalvara-yalvara razı oldu!

Çünki bilirdi ki, hərbi əməliyyatlar dayanmasa, dəmir yumruğun sahibi onu ordusuz və Xankəndisiz qoyacaq!

* Bu yumruğun zərbindən Ermənistan iqtisadiyyatı elə günə düşüb ki, çətin bir daha özünə gələ.

Çətin ki, Paşinyan və onun dəstəsi bu yumruğu unuda!

Çətin ki, dünya erməniliyi bu yumruğu unuda!

Çətin ki, Ermənistan ordusu, onun yalançı generalları və saxta "qəhrəmanları” bu yumruğu unuda!

Bu dəmir yumruğun dadını görənlər bir də Azərbaycana xain nəzərlərlə baxib, bizdən torpaq və status uma bilməyəcəklər!

***

Dəmir yumruğun bir hikməti də var:

Dəmir yumruq təkcə əzmir, qandırmır!

Dəmir yumruq həm də tarix yazır, tarix yaradır!

* Zəfərlər tarixi!

* Qələbələr tarixi!

* Hünər tarixi!

* Xilaskarlıq tarixi!

* Ən əsası isə, millətin şərəf tarixini!

Eşq olsun bu yumruğa!

Eşq olsun onun sahibinə!

***

Yumruq sahibi dəmir yumruğunun gücünü və hikmətini xalqa belə açıqlayıb: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq!”

***

Qarabağ uğrunda zəfər müharibəsi faktiki olaraq başa çatıb!

İndi Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan ilə şanlı qələbəsini qeyd edir.

Şübhə etmirik ki, müharibələr tarixində kütləvi şücaət və qəhrəmanlığına görə Şuşanın alınma əməliyyatı dünya hərb tarixində özünəxas yer tutacaqdır!

Yəqin ki, qədim Şuşada Azərbaycan əsgərinə gözəl bir abidə də ucaldılacaq!

Eyni zamanda Şuşanın ən hündür qayalarından birində "Dəmir yumruq” abidəsi də qoyulacaq!

Hər dəfə Ermənistandan Qarabağa sarı boylanan ermənilər dəmir yumruğu görəndə özlərini yığışdıracaq, ağıllarını başlarına yığacaqlar!

Başqa yolları yoxdur!

Dəmir yumruqlu Azərbaycanla, onun Qalib Sərkərdəsi ilə daim hesablaşmaq lazımdır!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!


Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM