11:39 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:29 27.01.2021

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin DOST Mərkəzlərinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərimizlə görüşlər, onlarla bağlı dəstək tədbirləri davam edir.

Bu istiqamətdə işlərin davamı kimi, 1 saylı və 3 saylı Bakı DOST Mərkəzlərinin əməkdaşları Vətən müharibəsi iştirakçıları olan və müharibədə yaralanmış Orxan Məmmədzadənin (Yasamal rayonu) və İbrahim Məmmədovun (Sabunçu rayonu) ailələrində olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, ailəsi 3 nəfərdən ibarət olan Orxanın anasının xəstəliyi ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində ona kömək ediləcək. Əlillik təyinatı aparılarsa, ona sosial ödəniş təyin olunacaq.

İbrahimgilin 4 nəfərlik ailəsində yalnız bacısının işsiz olduğu nəzərə alınaraq onun məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi qərara alınıb və yaxın günlərdə o, işlə təmin ediləcək.

Hər iki qazinin – Orxanın və İbrahimin də əlilliyi qiymətləndiriləcək və onlara əlillik dərəcəsi təyin olunduğu halda birdəfəlik sığorta ödənişi və sosial təminat növləri üzrə aylıq ödənişlərlə təmin olunacaqlar. Bu barədə hər iki qaziyə məlumat verilib. Həmçinin hər iki ailəyə bildirilib ki, DOST Agentliyi və mərkəzlərinin əməkdaşları qəhrəman əsgərlərimizlə qürur duyur. Şəhid ailələri və qazilərimizin ehtiyaclarının qarşılanması üçün qanun çərçivəsində onlara bütün lazımi dəstək göstəriləcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM