13:47 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Daha 8 kəndə gediş-gəliş asanlaşacaq
ANA SƏHİFƏ / SƏFƏRLƏR
12:05 13.05.2018

 

"Yol abadlıqdır”, "Yol mədəniyyətdir”, "Yol rahatlıqdır” sözlərini əvvəllər də işlədirdik, indi də işlədirik. Bir vaxtlar həmin sözlər əksər hallarda şüar kimi səslənərdisə, görülən çox böyük işlər sayəsində reallığa çevrilib. Elə bunun nəticəsidir ki, ölkə vətəndaşları, respublikamıza səyahətə çıxan turistlər, qonaqlar bu şəhərdən o şəhərə, o şəhərdən bu şəhərə getməyə əvvəlki qədər vaxt itirmir, mənzilbaşına daha rahat, daha tez çatırlar.

Artıq neçə müddətdir ki, dövlət vəsaiti hesabına kənd yolları da abadlaşır.

Bunu Qəbələ rayonunun timsalında da görmək olar. Belə ki, Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx yaşayış məntəqələrini əhatə edən avtomobil yolu yenidən qurulur. Səkkiz yaşayış məntəqəsini əhatə edən bu yolda işlər başa çatdıqdan sonra 10 min əhalinin gediş-gəlişi asanlaşacaq, bu ərazidə yaşayanlar respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna daha rahat çıxış əldə edəcəklər. Biz də yolun tikintisində çalışanlara "yorulmayasınız, əliniz qolunuz var olsun” deyirik.

 

Cəbrayıl ABBASOV,

Qəbələ rayonu, Mıxlıqovaq kənd sakini, müəllim

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM