17:09 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Çuğundur qan təzyiqini aşağı salır
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:48 27.06.2020

Bir sıra əcnəbi diyetoloqlar çuğunduru ən yaxşı qida məhsulu hesab edirlər.

AZƏRTAC "Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, ekspertlərin rəyinə görə, çuğundurun tərkibindəki faydalı nitratlar arteriya daxilində azot oksidinə çevrilir ki, bu da təzyiqin aşağı düşməsinə və qan dövranının yaxşılaşmasına kömək edir. Azot oksidi, həmçinin beyinə qan axınını stimullaşdırır. Bunun üçün çuğundur şirəsini qatılaşdırılmış halda içmək lazımdır.

Müəyyən edilib ki, çuğundur orqanizmə iltihabı proseslərlə mübarizədə yardımçı olur. Onun tərkibində orqanizmin ürək, şiş, Alsheymer və digər xəstəliklərin yaranmasına səbəb ola biləcək iltihabdan qorunmasına kömək edən betalin piqmenti var.

Diyetoloqlar çuğunduru çiy şəkildə yeməyi, salata əlavə etməyi və ondan təbii cips hazırlamağı məsləhət görürlər.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM