25 Fevral 2021 12:59
612
CƏMİYYƏT
A- A+

COVID-19 xəstəliyini keçirənlər soyuq havada özlərini daha çox qorunmalıdırlar

 

Soyuq və şaxtalı hava bədənin tənəffüs sisteminin yoluxucu xəstəliklərə qarşı mübarizəsini çətinləşdirir. Ona görə soyuq havalarda yeni növ koronavirus (COVID-19) infeksiyası keçirənlər daha çox isti məkanlarda, evdə qalmalıdırlar.

Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Nərgiz Kərimovanın AZƏRTAC-a dediyinə görə, COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir. Xəstəlikdən sağalandan sonra əksər orqanizmdə virusa yoluxmanın qarşısını alan anticisimlər əmələ gəlir. Lakin həmin immunitetin nə qədər davam edə biləcəyi ilə əlaqədar dəqiq məlumatlar yoxdur.

Müsahibimiz daha sonra deyib: “Orqanizmin bərpası, tez reabilitasiyası və yenidən bu və ya digər viruslara yoluxmamaq üçün qarlı havada evdə qalmaq və həkimlərin tövsiyələrini yerinə yetirmək məsləhətdir. Yüksək reinfeksiya riskinə malik olanlar, yaşlı və immun sistemi zəif olanlar profilaktik tədbirlərə ciddi riayət etməlidirlər. COVID-19 xəstəliyindən sağalanlar qidalanma rejimini bərpa etməyə çalışmalı, itirilmiş iştahanı kompensasiya etmək üçün üzvi məhsullar, tərəvəzlər, yumurta və təhlükəsiz quş əti, asan həzm olan yeməklərə üstünlük verməlidirlər”.

Virus yaddaş hüceyrələrinə zərər verdiyinə görə itmiş diqqəti, idrak düşüncə qabiliyyətlərini və yaddaşı bərpa etmək üçün günün bir hissəsini yaddaş oyunları və oxumağa ayırmaq, zehni canlandırmaq üçün yollar axtarmaq lazımdır: “Keçirilmiş xəstəlikdən sonra orqanizm vəziyyəti qəbul etmədiyinə görə həyəcanverici siqnallara - başağrısı və ya yorğunluq hallarına diqqət yetirmək, problemlər artarsa, ailə həkimi ilə mütəmadi əlaqə saxlamaq lazımdır. Bundan başqa vaxtaşırı olaraq idman hərəkətləri etmək məsləhət görülür. Bədən zəif olanda məşqlər çətinlik yarada bilər, lakin gündəlik idman tədricən həm fiziki, həm də mənəvi cəhətdən sağalmağa kömək edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video