23:18 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

CNN telekanalının sorğusu: Tramp prezidentlik müddətini ən aşağı reytinqlə başa vurur
ANA SƏHİFƏ / DÜNYA
10:23 19.01.2021

 

CNN telekanalının apardığı sorğu göstərib ki, Prezident Tramp Oval kabinetdə idarəçiliyi dövründə prezidentlik müddətini ən aşağı reytinqlə başa vurur.

AZƏRTAC xəbər verir ki, rəyi soruşulanların üçdəbirindən bir qədər çoxu (34 faiz) Trampın fəaliyyətini bəyəndiklərini bildiriblər. İctimai sorğunun müəllifləri qeyd ediblər ki, onların bundan əvvəlki sorğusunda Trampın reytinqi cəmi bir bənd yuxarı olmuşdu. Noyabr seçkilərindən əvvəl isə Trampı bəyənənlərin sayı 42 faiz təşkil edirdi.

Respublikaçılar arasında Trampın reytinqi yüksək olaraq qalmaqdadır – 80 faiz. Lakin sorğuya müvafiq olaraq, bu göstərici oktyabrdan bəri 14 bənd aşağı düşüb, hazırda demokratlar arasında 2 faiz təşkil edir, yəni praktik olaraq dəyişməyib.

Respondentlərin əksəriyyəti – 54 faizi bəyan ediblər ki, bu ayın əvvəlində Vaşinqtonda baş verən qarışıqlıqdan və yeni seçilən Prezident Co Baydenin qələbəsinin təsdiqlənməsinin qarşısını almaq məqsədilə Tramp tərəfdarlarının Kapitoli binasına hücumundan sonra Tramp vəzifəsindən uzaqlaşdırılmalıdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM