28 Fevral 2021 00:43
1006
Təhsil
A- A+

Bu soyqırımı unudulmayacaq

 

Xocalı məktəbliləri arasında “Bu qan yerdə qalmaz!” mövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Gəncə şəhərinin ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı Rayon İcra Hakimiyyətinin dəstəyi, “Xocalının səsi” qəzetinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəbləri arasında “Qələmimizi süngüyə çevirək” devizi altında “Bu qan yerdə qalmaz!” yazı müsabiqəsi keçirilib. Qaliblərin mükafatlandırılması tədbirində respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

“Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu bildirib ki, rəhbərlik etdiyi mətbu orqan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının şüarı altında işıq üzü görür: “Qəzetdə davamlı olaraq Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr dərc edilir. Bu tədbirin keçirilməsində məqsəd “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək vermək və Xocalı soyqırımının gənc nəsil tərəfindən unudulmamasıdır”.

Müsabiqənin təşkili və keçirilməsində də məqsəd məhz Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının törətdiyi amansızlıqların, vəhşiliklərin qan yaddaşından silinməməsi, bəşəriyyətə təhlükə olan belə qəddarlığa qarşı mübarizəyə ciddi ehtiyac olduğunu xatırlatmaqdır.

Xocalı rayonunun 12 ümumtəhsil məktəbindən müsabiqəyə 100-ə qədər yazı göndərildiyi qeyd edilib. Məktəblilərin bu müsabiqədə fəal iştirak etdiyi vurğulanıb.

Tədbirin rəsmi hissəsindən sonra şagirdlər tərəfindən bədii kompozisiya nümayiş etdirilib. Müsabiqənin qaliblərinə Xocalı soyqırımından bəhs edən kitab, Azərbaycan bayrağı, suvenir və fəxri fərmanlar təqdim edilib.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video