12 Yanvar 2021 17:23
787
Mədəniyyət
A- A+

Bolqarıstanda Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının premyerası keçirilib

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Bolqarıstanın qədim tarixə və zəngin mədəniyyətə sahib olan Kırcali şəhərində “Arşın mal alan” musiqili komediyasının premyerası keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, dahi bəstəkarı Üzeyir Hacıbəylinin müəllifi olduğu 4 pərdəli “Arşın mal alan” tamaşası bəstəkarın 135 illik yubileyi münasibətilə Kırcalinın məşhur “Kadriye Latifova” Musiqili Teatrında səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsi həmçinin Kırcali teatrının yaradılmasının 60-cı ilinə təsadüf edir.

Tamaşanın rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçeva, xoreoqrafı Ginka Kirçevadır. Rolları İzmir Dövlət Teatrının aktrisası Məsurə Tahir (Gülçöhrə), eyni zamanda bolqar və türk artistləri Yaqub Yaqub (Əskər), Dinko Kovaçev (Sultan bəy), Nursən Əbdürrəhman (Cahan xala), Orxan Tahir (Süleyman), Kərimə İsmayıl (Asya), Mustafa İsmayıl (Vəli), Aysun Əhməd (Telli) ifa ediblər.

Tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyasının tarixinin, mədəniyyətinin qorunması, araşdırılması və təbliğ edilməsi, həmçinin türkdilli xalqların görkəmli şəxsiyyətlərinin, bəstəkarlarının, şair və yazıçılarının yubileylərinin qeyd olunması, onların əsərlərinin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində fəaliyyət göstərir. Bolqarıstanla Fond arasında ötən illər ərzində bir sıra layihələr, o cümlədən 2019-cu ilin mart ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Sofiya və Kırcali şəhərlərində Novruz bayramına həsr olunmuş şənliklər keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video