08 Dekabr 2019 02:12
2450
Oxucu məktubları
A- A+

Birinin əvəzinə ikisini tikdilər


Cağacuq çayı 700 nəfər əhalinin yaşadığı Xanagah kəndinin ortasından keçir. Bu yaxınlaradək çayın üzərində bir körpü vardı, o da sınıq-salxaq. İş o yerə çatmışdı ki, təcili tibbi yardıma zəng edəndə həkimlər maşınla körpüyə kimi gələr, sonra xəstənin mənzilinə piyada gedərdilər. Məktəblilərin də bir qismi yağışlı günlərdə çayı keçə bilmədiklərinə görə dərsə getməmək məcburiyyətində qalırdı.

Bir neçə ay bundan əvvəl Prezidentin tapşırığı ilə Qubada vətəndaşları qəbul edən rəhbər işçiləri məsələdən agah etdik. Sağ olsunlar, xahişimizi yerə salmadılar. Çox keçmədən dağılmış körpünü söküb yerində yenisini saldılar. Bundan sonra daha bir körpünün tikilməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıldı. Əraziyə baxış keçirildi. Sakinlərin istədikləri yerdə daha bir körpü tikildi. Kənd sakinləri bu körpünün tikintisində də iştirak etdilər, inşaatçılara çay süfrəsi açdılar.

Körpünün açılışına qonşu kəndlərdən də gəlmişdilər. Axı indi onlar da Xanagahda yaşayan qohum-əqrəbalarına baş çəkmək üçün bu körpülərdən istifadə edirlər.

Xanəli ABSƏLİMOV,

Quba, Xanagah kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video