Beynəlxalq Türk Akademiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən soyqırımından 29 il keçdiyi bildirilir. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələri bir gecədə Xocalıda insanlıq tarixinin ən qanlı faciələrindən birini törədib, yaşlı, qadın, uşaq və körpə demədən yüzlərlə günahsız insanı, dinc sakini qətlə yetirib.
Faciənin 29-cu ildönümündə qardaş Azərbaycan xalqının acısını və kədərini bölüşür, bütün insanlığa qarşı yönəlmiş bu cinayət aktını qətiyyətlə pisləyir və “Xocalıya ədalət!” tələb edirik.
“Azərbaycan Respublikası işğal altındakı əraziləri azad etməklə ədaləti bərpa etdi və tarixi Zəfər qazandı. Bu Qələbə Xocalının sağ qalan, ağrı-acını qəlbində daşıyan şahidlər başda olmaqla, bütün insanlığın ümid işığına çevrildi, Türk dünyasının qürur və iftixar mənbəyi oldu.
Beynəlxalq Türk Akademiyası olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə anır, Azərbaycan xalqına və dövlətinə başsağlığı verir, qardaş Azərbaycanla həmrəy olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd olunur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xocalıda insan qalıqları aşkarlanıb
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
25 Aprel
“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqı...
25 Aprel
Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq ...
25 Aprel
Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib
25 Aprel
Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB ...
25 Aprel
Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir ...
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK ...
25 Aprel
Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçi...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!