01 Mart 2021 16:41
701
CƏMİYYƏT
A- A+

Baş Prokurorluq: “BMS AQRO” MMC-nin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib

 

Ölkəmizdə yaradılmış azad və rəqabətli bazar iqtisadiyyatı mühitindən sui-istifadə olunmaqla qanun pozuntularına yol verilməsi hallarına qarşı prokurorluq orqanlarının kompleks, sistemli və ardıcıl tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri kimi, “BMS AQRO” MMC-nin təsisçisi və direktoru Balakişiyev Mülhazil Süleyman oğlunun qanunsuz əməlləri ilə əlaqədar daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Balakişiyev Mülhazil Süleyman oğlunun “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderdə iştirak edib qalib olmaqla həmin Cəmiyyətlə müqavilə bağlanması və mal alınması məqsədilə ödənilmiş külli miqdarda pul vəsaitlərinin mənimsənilməsinə, habelə lizinq yolu ilə alınması nəzərdə tutulan ümumilikdə 2 milyon 212 min manat dəyərində malın təqdim edilməməsində ifadə olunan hərəkətləri ilə həmin Cəmiyyətin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə toplanmış sübutlar əsasında Mülhazil Balakişiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı “Aqrolizinq” ASC-yə vurulmuş 2 milyon 212 min manat məbləğdə maddi ziyan tam şəkildə ödənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video