18:13 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


00:39 07.03.2021

Baharın ilk müjdəçiləri


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərişıq” elektrik şəbəkələrini xəritələşdirməyə başlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
13:05 22.01.2021

 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) yeni ildən daha bir uğurlu layihəyə başlayıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, informasiya texnologiyalarının paylayıcı şəbəkələrdə tətbiqi sahəsində dünyada müasir trendlərdən olan “3D - mobile mapping” texnologiyası elektrik şəbəkələrinin istismarı, qeydiyyatı, analizi və planlanmasının daha dəqiq və çevik həyata keçirilməsi üçün artıq istifadəyə verilib.

Yeni texnologiyanın tətbiqi ilə şəbəkədə mövcud olan cihaz və avadanlıqların yerləşdiyi ərazinin 3D – multi-direktoriya formatında skan olunması həyata keçirilməklə, müxtəlif gərginlikli elektrik veriliş xətlərinin, transformatorların, dayaqların, sayğaclar və onlara qədər olan ötürücü naqillərin yerləşdiyi ərazinin virtual xəritəsi relyef xüsusiyyətləri və GPS koordinatlarına uyğun yüksək dəqiqliklə tərtib edilir. Bu texnologiya sayəsində mövcud şəbəkədə olan elementlər və onların yerləşdiyi ərazi haqqında müfəssəl məlumatlar Ağıllı Şəbəkələrin İdarəetmə Mərkəzinə ötürülərək əraziyə getmədən, 3D - smart xəritə üzərində infrastrukturun dəqiq öyrənilməsinə geniş texniki-iqtisadi şərait yaradır.

Bununla yanaşı, elektrik şəbəkəsinin mövcud olmadığı ərazilər “3D - mobile mapping” texnologiyası ilə skan olunan ərazi 0,5 santimetr dəqiqliklə öyrənilərək mərkəzi sistemdə 3D - smart xəritəyə ötürülür, həmin ərazi üzrə elektrik ötürücü xətlərin çəkilməsi də, relyef xüsusiyyətlərini özündə əks etdirən 3D xəritədə virtual şəkildə, mütəxəssislərin öz iş yerlərini tərk etmədən dəqiq planlama aparmasına imkan verir.

Üstünlükləri:

- elektrik xətlərinin keçdiyi ərazi 3D formatda skan olunaraq mövcud qüsurların görülməsi

- rayon elektrik şəbəkələrinin virtual 3D xəritəsinin yaradılması

- 3D mobil xəritə üzərində ərazinin küçə adları və koordinatları ilə tapılması

- qəza hallarında əraziyə getmədən qəza yerinin təyin edilməsi

- elektrik şəbəkə elementlərinin inventarlaşdırılması

- perspektivdə nəzərdə tutulacaq ərazinin dəqiq planlanması.

Bununla yanaşı, “3D mobil mapping” texnologiyasından istifadə bir çox texnoloji yeniliklərə də malikdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM