14:15 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərişıq” ASC ilin enerji şirkəti seçilib
ANA SƏHİFƏ / ELANLAR
02:02 24.12.2020


Bu gün "Caspian Energy Club”un təşkil etdiyi sayca 5-ci "Caspian Business Award”ın təqdimetmə mərasimi baş tutub. Mərasimdə "Azərişıq” ASC "İlin Enerji Şirkəti” nominasiyasında qalib elan edilib.

"Azərişıq” ümumilikdə "Caspian Energy Club”un 1500-ə qədər üzvü arasında keçirilən sorğu nəticəsində ilk pilləyə yüksəlib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. "Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Onlayn formatda keçirilən və dünyanın bir çox ölkəsindən 1500-ə yaxın iştirakçının qoşulduğu mükafatlandırma mərasimində çıxış edən "Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə "Caspian Energy Club”un rəhbərliyinə və əməkdaşlarına təşəkkür edərək, 2020-ci il ərzində Səhmdar Cəmiyyət tərəfindən görülən işlər, aparılan islahatlar və həyata keçirilən innovativ tədbirlər haqda qısa məlumat verdi. Sonda "Azərişıq” ASC-nin il ərzində fəaliyyətinə dair videoçarx forum iştirakçılarına təqdim olundu.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. "Caspian Energy Club”un mənzil-qərargahı Bakı şəhərində yerləşir. "Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM