22:58 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:04 28.11.2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və "AzerGold” QSC tərəfindən QSC-nin Daşkəsən rayonunda yerləşən "Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsinə töhfə vermək məqsədilə təşkil edilən aksiyada Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İqtisadiyyat nazirinin müavini, "AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf, "AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov və digər şəxslər iştirak ediblər. Aksiya çərçivəsində təqribən 4 hektar ərazidə ümumilikdə 3000 göyrüş, ağcaqayın və akasiya tingləri əkilib, həmçinin xüsusi ayrılmış əraziyə palıd, göyrüş və ağcaqayın toxumları səpilib. Yeni əkilən ağac tingləri və toxumlar suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.

Xatırladaq ki, "Çovdar” mədənində bu cür ekoloji tədbirlər mütəmadi olaraq keçirilir. Belə tədbirlərin icrası nəticəsində mədənin 15 hektardan çox ərazisində 10 mindən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb. Bununla yanaşı, təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılması istifadə məqsədilə gələcəkdə salınacaq palıd tingliyi üçün 100 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib.

Qeyd edək ki, "AzerGold” QSC metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq toz ölçmə işləri icra edilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillər aparılır. Bununla yanaşı, istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantılar qanunamüvafiq şəkildə idarə olunur, istehsal fəaliyyəti zamanı yaranan, eləcə də yararsız hesab edilən tullantılar - civə, aktiv karbon, yağ, akkumulyator və PET şüşələr təkrar emala yönəldilir.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM