19:51 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell”in Mobil Klinikaları ötən il yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib

ANA SƏHİFƏ / ELANLAR
00:11 19.01.2021

 

Sosial yönümlü layihələrə böyük önəm verən “Azercell” şirkətinin Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində fəaliyyətlərini davam etdiriblər. “Azercell Telekom” MMC-in təşəbbüsü və dəstəyi ilə yaradılan klinikanın həkimləri koronavirus pandemiyasının

(COVID-19) dünyada tüğyan etdiyi ağır dövrdə belə ölkə üzrə bir çox internat məktəblərinə, uşaq evlərinə, aztəminatlı ailələrin yaşadığı məkanlara səfər edərək yüzlərlə ehtiyacı olan insana yardım ediblər.

Mobil Göz Klinika sentyabr ayında Sabunçu rayonu, Şuşa qəsəbəsində yerləşən “Nur” uşaq evini, Yasamal rayon Əlillər Təşkilatı İctimai Birliyini və Xaçmaz rayonunda fəaliyyət göstərən uşaqlar üçün İcma əsaslı Sosial Reabilitasiya mərkəzini ziyarət edərək körpələrə və sağlamlıq imkanları məhdud şəxslərə təmənnasız tibbi xidmət göstərib.

8 Oktyabr - Ümumdünya Görmə Günü münasibətilə “Azercell”in Mobil Göz Klinikası torpaqlarımızın müdafiəsində cəsur dayanaraq şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinə, Birinci Qarabağ müharibəsi iştirakçılarına və qazilərimizə, eləcə də 30 ilə yaxın öz daimi yaşayış yerlərindən məhrum olub, qaçqın və məcburi köçkün statusunda yaşayan vətəndaşlarımıza  qapılarını  açaraq onlar üçün ödənişsiz göz müayinələri və müalicələri təşkil edib.

Noyabr ayının 24-ü klinika məcburi köçkünlər üçün salınmış “Qobu Park” qəsəbəsinə səfər edib. “Azercell Telekom” MMC, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Xəzər Qayğıkeşlik Layihəsi” Təşkilatının birgə iştirakı ilə həyata keçən sosial aksiya zamanı Mobil Göz Klinikasında çalışan peşəkar həkimlər qəsəbənin sakinlərini optometrik müayinədən keçirib, görmə qabiliyyəti zəif olan vətəndaşlara isə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycandakı Nümayəndəliyinin vasitəçiliyi ilə Yaponiyanın “Fuji Optical” şirkətinin ianə etdiyi yüksəkkeyfiyyətli optik eynəklər paylanılıb.

2020-ci il ərzində 161 insana ödənişsiz göz müayinəsi və müalicəsini təşkil edən Mobil Göz Klinikası, 9 illik fəaliyyət dövrü ərzində 7125 vətəndaşımıza təmənnasız tibbi yardım göstərib.

Ən müasir  avadanlıqlarla təchiz olunmuş Mobil Diş Klinikası da pandemiya şəraitində çalışaraq təkcə avqust və sentyabr aylarında Pirallahı qəsəbəsində 200-dən çox xəstəni müayinə və müalicə edib. 2010-cu ildən etibarən fəaliyyətə başlayan klinika bu günə kimi, ümumilikdə, 8006 nəfərə xidmət göstərib.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM