04 Fevral 2021 00:29
2078
ELANLAR
A- A+

“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 2020-ci il ərzində 6657 müraciət daxil olub

 

Cəmiyyətin ən həssas, ən çox qayğı və diqqət tələb edən təbəqəsi uşaqlardır. Ölkəmizin parlaq gələcəyi üçün uşaqların sağlam mühitdə, qayğısız və problemsiz böyümələrini təmin etməliyik.

“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti koronavirus pandemiyasının (COVID-2019) nəticəsi olaraq elan edilmiş qlobal sağlamlıq böhranı dövründə gücləndirilmiş iş rejimində çalışaraq ötən il 6657 uşağa yardım edib.

On ildən artıqdır ki, fəaliyyət göstərən “Uşaq Qaynar Xətt”i müxtəlif təzyiqlə üzləşən, hüquqları pozulan uşaq və yeniyetmələrə dəstək olub onları psixoloji və fiziki travmalardan qorumağa çalışır. Xidmətin əməkdaşları uşaqlara və övladları ilə bağlı müəyyən problem yaşayan ailələrə həm sosial xidmət göstərir, həm də hüquqi və psixoloji yardım edir.

“Qaynar Xətt”ə daxil olan müraciətlər müxtəlif sahələri əhatə edən sual və problemlər ilə bağlı olur. Ötən il zənglərin bir çox hissəsi - 3602 müraciət təhsil sahəsi ilə əlaqədar olub. Xidmətə hüquqi sahə ilə bağlı 909, psixoloji problemlərlə bağlı 668, sosial sahəyə aid 501, səhiyyə sahəsi ilə bağlı 388 müraciət daxil olub. Zənglərdən 589-u digər sahələrə aiddir.                                                                                                         

2020-ci ildə xidmətə müraciət edən qızların sayı üstünlük təşkil edib ki, zənglərin 3494-ü qızlardan, 3129-u isə oğlanlardan daxil olub. Bu müraciətlərdən 5499-u 18 yaşdan yuxarı, 1124-ü isə 18 yaşdan kiçik vətəndaşlar tərəfindən daxil olub. Həmçinin 2020-ci il ərzində 34 anonim zəng qeydə alınıb.

Azyaşlı uşaqlarla bağlı zənglərin əksəriyyəti əvvəlki illərdə olduğu kimi yenə də əksər hallarda hüquqi problemlərlə əlaqədar olub. Bura boşanan valideynlərin övladlarını görməkdə çətinlik çəkməsi, uşaqlarda yaranan psixoloji problemlər və digər məsələlər daxildir.

2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar böyüklərlə yanaşı, azyaşlı və yeniyetmələrdə də bir sıra psixoloji problemlər yaranıb. Daxil olan müraciətlərin əksəriyyəti pandemiyanın yaratdığı gərginlik və fobiyalar, eləcə də onlayn təhsil ilə bağlı olub. Müraciət edənlərə əsasən telefon vasitəsilə psixoloji yardım göstərilib, ehtiyac yarandığı təqdirdə isə karantin qaydalarına uyğun olaraq, fərdi və qrup terapiyaları həyata keçirilib.

Ötən ilin sonunda yaşadığımız Vətən müharibəsi ilə bağlı da “Uşaq Qaynar Xətt” xidmətinə bir çox müraciətlər daxil olub. Xüsusilə regionlardan - Ağdam və Gəncə bölgələrindən evlərini itirən, yaxınlarını itirmə qorxusu yaşayan, stres və travmaya məruz qalan uşaqlarla uğurlu reabilitasiya işləri aparılıb.

İl ərzində Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə paytaxt Bakı daxil olmaqla, ölkəmizin müxtəlif bölgələrindən müraciət edilib. Xidmətə Ağdam, Ağdaş, Zərdab, Goranboy, Göyçay, Şəki, Şamaxı, Gəncə, Qazax, Tovuz da daxil olmaqla 44 rayondan zənglər daxil olub. Hətta Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımız da müəyyən problemlərlə bağlı xidmətə müraciət ediblər. Bunların sırasında Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Almaniya və Özbəkistandan daxil olan müraciətləri qeyd etmək olar.

Qeyd edək ki, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan və “Azercell Telekom” MMC-nin dəstəyi ilə vətəndaşlara xidmət edən “Uşaq Qaynar Xətt”i fəaliyyət dövrü ərzində 48007 müraciət cavablayıb. Mərkəzə daxil olan bütün müraciətlər məsləhətçi-hüquqşünas, psixoloq və sosial işçilər tərəfindən dinlənilir. Zəng edənlərə lazımi məsləhətlər verilir, ehtiyac yarandıqda onlar Uşaq Hüquqları Klinikasına yönləndirilir. Daxil olan müraciətlərin birbaşa xidmət çərçivəsində həll edilməsi mümkün olmadığı hallarda, “Qaynar Xətt” əməkdaşları müvafiq dövlət qurumları və QHT-lərlə birgə araşdırma aparırlar.

Azərbaycan “Uşaq Qaynar Xətti”nə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, “Facebook” və “Instagram” sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video