10:12 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell”in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur - Beynəlxalq Jautıkov Olimpiadasında şagirdlərimiz 15 medal qazanıblar

ANA SƏHİFƏ / ELANLAR
01:22 16.01.2021

 

7-12 yanvar 2021-ci il tarixlərdə Qazaxıstanın Almatı şəhərində 17-ci Beynəlxalq Jautıkov Olimpiadasında “Azercell”in dəstəyilə ölkəmizi təmsil edən məktəblilərimiz yüksək nəticələr nümayiş etdiriblər.

Riyaziyyat, fizika və informatika fənni üzrə təşkil edilən elm yarışında virtual formada iştirak edən komandalarımız, ümumilikdə, 15 medal qazanıblar. İnformatika fənni üzrə “Azercell”in dəstəyilə bu müsabiqəyə qoşulan məktəblilərimiz 3 medal əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdi Emin Orucov, Bakı şəhəri 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Amin Cəlilov və Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar.

Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası başda olmaqla informatika üzrə müxtəlifmiqyaslı beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” və Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadası, Asia Pasifik İnformatika Olimpiadası, Yeniyetmələrin Avropa İnformatika Olimpiadası, İnformatika Fənni üzrə Beynəlxalq Payız Turniri, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası və bir çox müsabiqələrdə uğurla çıxış edərək, 1 qızıl, 6 gümüş və 18 bürünc olmaqla, ümumilikdə, 25 medal əldə ediblər.

Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələr çərçivəsində  Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən onlarca şagirdin hazırlıq prosesinə cəlb edilməsinə yardımçı olub. Bütün bu uğurlu nəticələr, qazanılan medallar informatika üzrə istedadlı şagirdlərin aşkar edilməsi və onların dəstəklənməsi üçün təşəbbüslərin real nəticə verdiyini sübut edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM