14 Yanvar 2021 15:43
629
İQTİSADİYYAT
A- A+

Azərbaycanla Türkiyənin poçt və maliyyə xidmətləri sahəsində əməkdaşlığı genişlənir

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Türkiyənin “Poçt və Teleqraf Təşkilatı”nın (PTT) Baş direktoru Hakan Gültən arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, R.Quluzadə Vətən müharibəsi dövründə göstərilən mənəvi və siyasi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

Azərbaycan Prezidentinin tapşırığı ilə biz hazırda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına başlamışıq deyən nazir artıq Füzuli rayonundan tarixi Şuşa şəhərinə 1-ci dərəcəli yolun çəkilişinə başlanıldığını diqqətə çatdırıb. R.Quluzadə bildirib ki, bu layihəyə Türkiyə şirkətləri də cəlb olunub.

Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur və bu, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: “Smart city” layihələrinin icrası ilə bağlı hazırda tərəfimizdən dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır və görüləcək işlər, təbii olaraq, adıçəkilən ərazilərdə poçt sahəsinin də daha müasir tələblərlə inkişafına təkan verəcək”.

Daha sonra tərəflər iki ölkə arasında poçt və maliyyə xidmətləri sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən “Azərpoçt” ilə PTT arasında imzalanacaq müqavilələr barədə fikir mübadiləsi aparıblar.

Nazir qeyd edib ki, respublikamızın əlverişli coğrafi mövqeyi və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Avrasiya regionunda əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Nəticədə ölkələrarası elektron ticarət məhsullarının poçtla daşınması və çatdırılması sahəsində “Azərpoçt” MMC üçün də geniş imkanlar yaranıb.

“Məhz bu imkanlar çərçivəsində artıq 5 ildir Azərbaycan poçtu elektron ticarət məhsullarının emalı və daşınmasına yönəlmiş regional tranzit poçt mərkəzi - HUB layihəsini həyata keçirir. Elektron ticarət məhsullarının “Azərpoçt”un Çindəki tərəfdaşlarından qəbul edilərək Bakıya – Heydər Əliyev Beynəlxalq Aeroportunun Logistika Mərkəzinə çatdırılması və burada “Azərpoçt” tərəfindən beynəlxalq poçt kimi emal olunaraq müvafiq təyinat ölkəsinə göndərilməsi təşkil olunur. Bu layihənin icrası zamanı PTT “Azərpoçt”un əsas tərəfdaşlarından biri olub”, - deyə o bildirib.

Nazir iki ölkə arasında elektron poçt, ticarət və pulköçürmələri sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Qurumların bu gün imzalayacaqları sənədlər iki ölkə arasında daşınan poçt, həcminin mübadilə olunan pulköçürmələrinin artırılmasına şərait yaradacaq, eləcə də beynəlxalq elektron ticarətin inkişafına töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video