02 Mart 2021 19:33
781
SİYASƏT
A- A+

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir

 

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına (QH) sədrliyi çərçivəsində marın 2-5-də virtual formatda Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

QH tarixində ilk dəfə baş tutacaq bu tədbirdə iştirak üçün QH üzv dövlətlərindən yüzlərlə gənc müraciət edib və rəqabətli seçim prosesi nəticəsində 39 QH üzv dövlətini təmsil edən 60 gənc məşğələdə iştirak hüququ qazanıb.

İştirakçılar QH üzv dövlətlərinin yüksək vəzifəli rəsmilərinin rollarını canlandırmaqla COVID-19 pandemiyasından sonrakı dövr üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin tövsiyələrini hazırlayacaqlar.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Cayatma Vikramanayake çıxış ediblər.

Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi adından çıxış edən xarici işlər naziri Ceyhun Bayramov iştirakçılara COVID-19-a qarşı mübarizədə Azərbaycan Respublikasının ölkə başçısı adından QH sədri qismində irəli sürülmüş təşəbbüslər barədə məlumat verib. Nazir, eyni zamanda, COVID-19-da qarşı vaksinlərin pandemiyanın sona çatması ilə bağlı müəyyən ümidlər yaratdığını, lakin vaksinlərin qlobal miqyasda qeyri-bərabər və ədalətsiz bölgüsünün bu istiqamətdə əsas əngəllərdən biri olduğunu vurğulayıb. Gənclərin postpandemiya bərpa dövrü ilə bağlı öz yanaşmalarını sərgiləmələrinin əhəmiyyətindən bəhs edən nazir hazırkı tədbirin bu istiqamətdə olduqca faydalı olacağını bildirib.

BMT Baş katibinin elçisi isə öz çıxışında Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə oynadığı rola xüsusi diqqət çəkərək, pandemiyanın BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrasına ciddi əngəllər törətdiyini və gənclərin pandemiyadan sonrakı reabilitasiya dövründə oynayacağı rolun əhəmiyyətini vurğulayıb. Bu xüsusda, BMT nümayəndəsi BMT Baş katibinin təşəbbüsü ilə irəli sürülmüş BMT-nin Gənclər siyasəti üzrə 2030-cu il Strategiyasından bəhs edib. Sonda BMT elçisi simulyasiya məşğələsinin iştirakçılarına uğurlar arzu edərək simulyasiyada iştirak edən gənclərlə tədbirdən sonra da işləməyə hazır olduğunu bildirib.

Məşğələnin 5 marta qədər davam edəcək növbəti hissələrində iştirakçıların regional bölgü (Latın Amerikası, Asiya və Afrika/Avropa) əsasında qrup müzakirələrinin və bütün iştirakçıların iştirakı ilə keçiriləcək plenar iclaslarının baş tutması və sonda Simulyasiyanın yekun sənədinin razılaşdırılıb qəbul edilməsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video