11:05 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurasından
ANA SƏHİFƏ / MƏKTUBLAR
00:18 01.12.2020
Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə Azərbaycandakı bütün xalqların arzusu gerçəkləşdi və ümidləri doğruldu. Düşmən məğlub edildi! Şanlı Azərbaycan Ordusu xalqımızın haqlı, obyektiv və güclü olduğunu döyüş meydanında sübut etdi.

Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurasında birləşmiş ruslar, tatarlar, ləzgilər, avarlar, kazaklar azərbaycanlı gənclərlə çiyin-çiyinə bu Qələbəyə doğru getdilər, Vətən uğrunda canlarını belə əsirgəmədilər.

Ermənistanın beynəlxalq hüquq normalarına riayət edilməsi məsələlərində pozucu mövqeyi, mülki obyektləri və dinc əhalini ölümsaçan, dağıdıcı raketlərlə atəşə tutması bizi hiddətləndirməyə bilməzdi.

Məlumdur ki, erməni xalqı bütün səylərini gənclərin beynini zəhərləməyə, onlarda qonşulara nifrət hissi, "böyük Ermənistan” barədə sərsəm ideyalar aşılamağa yönəldən şovinist və mürtəce hakimiyyət qurumlarının ifrat millətçi təbliğatına məruz qalıb.

Hörmətli İlham Heydər oğlu, Siz Azərbaycan xalqının möhtərəm ümummilli lideri, öz xalqını, Vətənini ürəkdən sevən, onun firavanlığı üçün çox işlər görmüş Heydər Əliyevin layiqli davamçısısınız.

Bu gün Siz Heydər Əliyevin "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamını əsl vətənpərvər, döyüşçü, millətin Lideri, öz ölkəsinin vətəndaşı kimi qürur hissi ilə təkrar edə bilərsiniz.

Xalqımız üçün taleyüklü bir anda Siz onu vahid yumruq şəklində sıx birləşdirməyə nail oldunuz. Bu çətin dövrdə xanımınız, silahdaşınız, məsləkdaşınız, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva hər an Sizin yanınızdadır, Sizi və Azərbaycan xalqını dəstəkləyir, ölkənin xoşbəxt gələcəyinə ümid yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizin uzaqgörənliyiniz, diplomatik bacarığınız, Vətənin çoxsaylı gənc müdafiəçilərinin həyatını xilas etmək arzunuz qan tökülməsinə son qoydu, döyüş əməliyyatları dayandırıldı.

Lakin düşmən intriqalar və təxribatlar, yalan və saxtakarlıqlar sahəsində təcrübəli və məkrlidir.

Dünya birliyinin erməni faşizminin mahiyyətini başa düşməsi üçün Sizin necə titanik səy göstərdiyinizin şahidiyik. İnformasiya blokadası yarılıb. Azərbaycanın nə uğrunda döyüşdüyünü başa düşən, Azərbaycan xalqının çoxillik əzab-əziyyətləri barədə bütün həqiqəti anlayan siyasi və dövlət xadimlərinin sayı getdikcə artmaqdadır. Biz inanırıq ki, Ermənistanın gerçəklikdən uzaq illüziyaları içində tək-tənha qalacağı gün uzaq deyil.

Bu gün biz dinc quruculuq mərhələsinə keçirik. İnanırıq ki, çoxmillətli Azərbaycanın hər bir sakini ölkəmizin talan olunmuş, dağıdılmış, boş qalmış, amma işğaldan azad edilmiş ərazilərinin bərpasına və inkişafına öz töhfəsini verə bilər və verəcək.

Rusiyalı həmvətənlərin ictimai təşkilatları Vətənimiz Azərbaycanın firavanlaşması üçün zəruri olan hər cür kömək göstərməyə hazırdır.

Bu gün biz döyüş meydanlarında həlak olanlara görə birlikdə kədərlənirik, onların doğmalarına və yaxınlarına səmimi-qəlbdən başsağlığı veririk.

Bununla bərabər, biz Prezidentimiz, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Qələbəni və sülhü bərqərar etmiş bütün Azərbaycan döyüşçülərinə təşəkkürümüzü bildiririk.

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

Yaşasın sülh və Azərbaycanımızın rifahı!

Müraciət Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurasının iclasında qəbul edilib.

27 noyabr 2020-ci il.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM