00:05 14 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Litva parlament dostluq qruplarının onlayn görüşü olub
ANA SƏHİFƏ / PARLAMENT
19:25 25.02.2021

 

Fevralın 25-də Milli Məclisin və Litva Seyminin parlamentlərarası əlaqələr üzrə qarşılıqlı dostluq qruplarının videokonfrans formatında görüşü keçirilib.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev tədbir iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verib. Deputat erməni təcavüzkarları tərəfindən Xocalıda qoca, uşaq, qadın demədən dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsini bəşəriyyət əleyhinə ən dəhşətli cinayətlərdən biri kimi xarakterizə edib.

Bildirilib ki, Ermənistanın Qarabağ münaqişəsinin nizamlanması üçün aparılan danışıqlarda əldə edilən razılaşmalara, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, nüfuzlu beynəlxalq təşkilatların qərarlarına əməl etməməsi ikinci müharibə ilə nəticələnib və 44 gün davam edən bu müharibə Azərbaycanın Qələbəsi ilə başa çatıb. Qeyd olunub ki, imzalanan üçtərəfli bəyanat münaqişəyə qon qoyub, əldə edilən razılaşmalar bölgədə uzunmüddətli sülhün bərqərar olması və gələcək inkişaf üçün möhkəm zəmin yaradıb.

Görüşdə çıxış edən Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kazis Starkeviçius Qarabağ münaqişəsi zamanı həlak olan həmvətənlərimizə görə təəssüfləndiyini bildirib və kədərini bölüşüb.

Litvalı deputat iki ölkənin parlamentləri arasında münasibətlərin mövcud vəziyyətindən danışıb və ölkələrimizin iqtisadi əlaqələrinin inkişafı üçün yeni imkanların yarandığını diqqətə çatdırıb. O, ölkəsində pandemiya ilə bağlı vəziyyət barədə məlumat verərək, əlaqələrimizin pandemiyadan sonra daha da inkişaf etdirilməsinin vacibliyindən, bu işdə dostluq qruplarının rolundan söhbət açıb.

Tədbirdə çıxış edən Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Mirkişili, Rasim Musabəyov, Azər Kərimli, Kamilə Əliyeva, Şahin Seyidzadə Xocalı soyqırımı kimi faciələrin bir daha təkrarlanmaması üçün bu cür cinayətlərin pislənməsinin və beynəlxalq aləmdə hüquqi-siyasi qiymətini almasının vacibliyini qeyd ediblər.

Litva Seyminin Azərbaycanla dostluq qrupunda təmsil olunan deputatlar Pupinis Edmundas, Kestutis Masiulis, Rimante Şalaşeviçiute mövcud əlaqələrimizin müsbət dinamikasına əsaslanaraq post pandemiya dövründə bu potensialı artırmağın vacibliyinə diqqət çəkiblər. Azərbaycanın tarixi acılarına hörmətlə yanaşdıqlarını deyən deputatlar xalqlarımız arasında təmasların artırılmasının və bir-birimizin tarixini öyrənməyin vacibliyini vurğulayıblar.

Onlayn tədbirdə hər iki ölkənin səfirləri Tamerlan Qarayev və Eqidiyus Navikas də iştirak ediblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM