20:51 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan və Çexiya parlament dostluq qrupları arasında görüş keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
19:23 25.02.2021

 

Fevralın 25-də Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev və Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek arasında onlayn formatda görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Elnur Allahverdiyev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib. O, Azərbaycanın Çexiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

2013-cü ilin fevralında Çexiya Parlamentinin Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsinin Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi Xocalıda soyqırımı ilə bağlı qətnamə qəbul etdiyi və bu cinayət hadisəsini pislədiyi razılıqla qeyd edilib. Elnur Allahverdiyev bu məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə Çexiya parlamentinə təşəkkürünü ifadə edib. Diqqətə çatdırıb ki, Çexiya Avropa İttifaqının üzvləri arasında Xocalıda azərbaycanlılara qarşı həyata keçirilən bu qətliama ədalətli qiymət verən ilk dövlətdir. Azərbaycan xalqı və dövləti bunu yüksək dəyərləndirir.

Qeyd olunub ki, fevralın 26-da Xocalı faciəsinin növbəti ildönümüdür və bütün Azərbaycan xalqı bu acı tarixi ümummilli faciə kimi yad edəcək. Eyni zamanda, ölkəmizin Çexiyadakı səfirliyi tərəfindən bununla bağlı tədbir keçiriləcək və bu soyqırımı haqqında həqiqətlər geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.

Bildirilib ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan erməni təcavüzünə artıq son qoyulub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni məğlub edərək torpaqlarımızı işğaldan azad edib, dövlətimizin ərazi bütövlüyü bərpa olunub. Bu gün həmin ərazilərdə artıq yenidənqurma və bərpa işləri uğurla həyata keçirilir.

Deputat onu da diqqətə çatdırıb ki, ötən il noyabrın 9-da Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi arasında bəyanat imzalanıb. Azərbaycan tərəfi bu bəyanatdan irəli gələn bütün öhdəliklərə əməl edir. Lakin Ermənistan yenə də Azərbaycan ərazisində terror aktları həyata keçirməyə cəhdlər edib. Lakin bu cəhdlərin qarşısı müvəffəqiyyətlə alınıb.

Görüşdə iştirak edən Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fatma Yıldırım Xocalı soyqırımının tarixi barədə ətraflı məlumat verib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı soyqırımı həyata keçiriblər. Hərbi təcavüz nəticəsində qadınlar, uşaqlar və yaşlı insanlar da daxil olmaqla, 613 dinc sakin xüsusi amansızlıqla qətlə yetirilib.

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olduğunu deyən Fatma Yıldırım qeyd edib ki, biz Qarabağın dirçəldilməsi istiqamətində məqsədyönlü fəaliyyətimizdə dost ölkələrin yaxından iştirak etməsini də arzu edirik.

Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek Azərbaycana iki dəfə səfər etdiyini, parlamentdə bir sıra görüşlər keçirdiyini söyləyib. O, Azərbaycan xalqı ilə yaxından tanış olduğunu və buradakı qonaqpərvərliyi təqdir etdiyini deyib.

Çexiyalı deputat ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Xocalı barədə ətraflı məlumata görə təşəkkür edən çexiyalı deputat Çexiyanın da Liditsa kəndində, ölkənin bir sıra digər şəhərlərində soyqırımların baş verdiyini bildirib, bu qanlı tarixlərin daim xalqlarımızın yaddaşında qalacağını deyib. O, Qarabağda aparılan yenidənqurma və bərpa prosesini yüksək qiymətləndirib, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Söhbət zamanı parlamentlərarası münasibətlərin gələcək inkişaf perspektivləri, dostluq qrupları çərçivəsində əlaqələrin genişləndirilməsi, habelə iqtisadi sahədə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM