22 Yanvar 2021 13:11
643
CƏMİYYƏT
A- A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşının minaya düşərək xəsarət alması ilə bağlı məlumat yayıb

 

Yanvarın 22-də saat 10:00 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təmizləmə qrupunun minaaxtaranı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlu işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın (PMN-Э) zərərsizləşdirilməsi zamanı partlayış baş verib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, partlayış nəticəsində Azər Sultanov üz nahiyəsindən xəsarət alıb. O, dərhal Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılaraq cərrahiyyə əməliyyatına alınıb. Hazırda onun vəziyyəti sabit ağırdır.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi bir daha bildirir ki, qeyd olunan ərazilər işğaldan azad edilmiş torpaqlardır. Təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video