İşğaldan azad edilmiş Cəbrayılda aqrar sahənin yüksək templə inkişafı üçün potensial böyükdür
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
F.Y.Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Avropa Azərbaycanlıları Konqresinin Xocalı soyqırımına həsr olunan onlayn konfransı keçirilib
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əsədov Füzuli Xanış oğlu – daxili xidmət general-mayoru
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Abdullayev Adil Ələsgər oğlu – polkovnik
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Salayev Baba Hacı-Baba oğlu – general-mayor
Qasımov Səyavuş Məhyəddin oğlu – daxili xidmət polkovniki
Hacıyev Orucəli Məmməd oğlu
Qayıbov Namiq Tələt oğlu
“Hərbi xidmətlərə görə” medalı ilə
Kərimov Zaur Faiq oğlu – polkovnik
Quliyev Elnur Nizami oğlu – polkovnik
Məmmədov Firudin Həmdulla oğlu – polkovnik
Osmanov Hikmət Sabir oğlu – polkovnik
Ələkbərov Elşən Sahib oğlu – polkovnik-leytenant
Salamova Əsmər Ələsgər qızı – mayor
Salayev Turqut Hacı oğlu – mayor
Səmədov Cavid Abutalıb oğlu – mayor
Sofiyeva Xanım Ramiz qızı – tibb xidməti mayoru
Həsənov Oqtay Özbəyi oğlu – kapitan
Sultanov Davud Nazim oğlu – baş leytenant
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Ağayev Fəxri Ağarza oğlu
Ağayev Səbuhi Səmid oğlu
Əhmədov Fizuli Teymur oğlu
Əliyev Xəzər Vaqif oğlu
Hüseynli Asiman Elxan oğlu
Mahmudov Gündüz Çingiz oğlu
3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə
fərqlənməyə görə” medalı ilə
Hüseynov Nəsimi Zahid oğlu – daxili xidmət mayoru.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr 2020-ci il.