23:11 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qarabağ zəfərini iqtisadi yüksəlişə çevirməyə qadirdir

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:18 14.01.2021

 

2020-ci ildə Azərbaycan iqtisadiyyatı, məşhur alim Nassim Talebin dediyi kimi, “antikövrəklik” göstərdi, şoklara qarşı adekvat reaksiyası ilə bütün çağırışlara cavab verdi və immunitetini daha da gücləndirdi. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, “Gallup International”ın son sorğularının nəticəsinə əsasən, dünyada iqtisadi nikbinlik indeksinə görə, Azərbaycan ilk üçlükdə qərarlaşıb.

V.Qasımlı bildirib ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatında geriləmə fonunda bəzi sahələrdə artımın keyfiyyəti yüksəlib: “İqtisadi geriləmənin 4 faizdən artıq olduğu halda qeyri neft-qaz sənayesinin modern texnologiyalar hesabına 11 faizdən artıq yüksəlməsi bu sektorun iqtisadiyyatda xüsusi çəkisini 16 faizdən çox edib. Daha çox yeni dəyər yaradan sənayeləşmə isə iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, Harvard Universitetinin hesabladığı “iqtisadi mürəkkəblik indeksi”ni yüksəldir. Emal sənayesində kimya, əczaçılıq, metallurgiya, elektron, optik, rezin, plastik kütlə məhsullarının istehsalının əhəmiyyətli artımı idxalın əvəzlənməsi, ixracyönümlülük və dəyər zəncirlərinə qoşulmaq baxımından vacibdir. Neft hasilatının azalması fonunda TAP-ın istifadəyə verilməsi ilə Azərbaycanda qaz hasilatının ilbəil yüksəlməsi və iqtisadi artımı dəstəkləməsi proqnozlaşdırılır”.

İcraçı direktor daha sonra bildirib ki, aqrar sahədə də artım daha çox ekstensiv deyil, intensiv yollarla baş verib. Belə ki, pambıq, tütün, tərəvəz, şəkər çuğunduru, taxıl kimi sahələrdə istehsalın artması məhsuldarlığın yüksəlməsi hesabına olub. Keçən il həm də innovativ sahə olan informasiya və rabitə xidmətləri də artım tempini qoruya bilib: “2020-ci ildə pandemiya səbəbindən dərin geriləməyə məruz qalmış turizm, nəqliyyat, logistika, tikinti, ictimai iaşə, ticarət kimi sahələrin isə bu ildən başlayaraq bərpası dövlət dəstəyi, sahibkarlıq təşəbbüsləri, sərmayə cəlbi, yeni bazarlara çıxış və yeni biznes modellərinin tətbiqi ilə mümkündür”, - deyə o, nəzərə çatdırıb.

V.Qasımlının sözlərinə görə, keçən il iqtisadi artımın keyfiyyət dəyişikliyi ilə yanaşı, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və struktur islahatları baxımından da addımlar atılmışdır: “Siyasi dialoqun dərinləşməsi, kadr islahatlarının aparılması, korrupsiya ilə mübarizə, yeni parlamentin formalaşdırılması, Nazirlər Kabinetinin işinin təkmilləşdirilməsi, yeni iqtisadi siyasət çərçivəsi - İqtisadi Şuranın və işğaldan azad edilən ərazilər üzrə Əlaqələndirmə Qərargahının yaradılması, su resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, Dövlət İnvestisiya Holdinqinin və YAŞAT fondunun fəaliyyətə başlaması, dövlət idarəçiliyində səmərəliliyin, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlər mühüm əhəmiyyət kəsb edir”.

2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin eyni vaxtda bir neçə böhranın uğurla idarəedilməsi təcrübəsini ortaya qoyduğunu deyən iqtisadçı alim vurğulayıb ki, ölkəmiz ötən il iqtisadi geriləmənin və sosial rifahın düşməsinin daha kəskin olmasının qarşısını almaq üçün yalnız öz resurslarına əsaslanmış, manatın sabitliyini qorumuş, inflyasiyanı aşağı həddə saxlamış, dövlət borcunun artmasına və strateji valyuta ehtiyatlarının kəskin azalmasına imkan verməmişdir: “Hətta maliyyə-bank sektorunda 2020-ci ilin ilk yarısında yaranan neqativ trendlər ilin ikinci yarısında müsbətə doğru dəyişmiş, böhran bu sektora “sıçraya” bilməmişdir. Keçən il “fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mərkəzi Bank tərəfindən ünvanlı likvidlik dəstəyinin göstərilməsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü demişdir. 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların 2020-ci ildə 3 milyard manatlıq maliyyə yükü ilə yanaşı, həm də 3,5 milyard manat civarında antipandemiya büdcəsi formalaşdırılmışdır. Beləliklə, iqtisadiyyatın daha az ziyan çəkməsi onun daha tez bərpası imkanını yaratmışdır”.

Sonda Qarabağın meşə, su, torpaq, faydalı qazıntı və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb edilməsi, həmçinin yeni reallığa uyğun regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsinin böyük artım potensialına malik olduğunu deyən V.Qasımlı bildirib ki, Vətən müharibəsində qazandığımız zəfər hesabına yaranan yeni reallıq ölkə iqtisadiyyatının növbəti 10 ildə iki dəfə artırılmasına imkan verir: “Xüsusən də Qarabağda yaşıl enerji, dağ-mədən, metallurgiya, emal sənayesi, aqrar sahə və turizm kimi sahələr həm dövlət, həm də özəl yerli və xarici sərmayələr hesabına inkişaf etdiriləcək. Dünya Bankının “Doing Business” hesabatında dünyanın ən islahatçı 10 ölkəsindən biri olan Azərbaycanın qələbəmizi sistemli və davamlı islahatlarla yeni imkanlara çevirməsi mümkündür”.

 

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM