06:25 24 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:24 24.09.2021

Güc simvolu


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ortoped-travmatoloqları Türkiyə Ortopedlər və Travmatoloqlar Birliyi Dərnəyinin mükafatlarına layiq görülmüşlər
ANA SƏHİFƏ / SƏHIYYƏ
01:11 06.11.2013

 

Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ulu öndər Heydər Əliyev türkdilli xalqların yaxınlaşmasına böyük əhəmiyyət vermişdir. Hazırda bu siyasət ümummilli liderin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkdilli xalqların ictimai-siyasi və elmi-mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu baxımdan türkdilli ortoped-travmatoloqlar arasında yaradılmış səmərəli elmi əməkdaşlıq da böyük önəm daşıyır.

AzərTAc xəbər verir ki, oktyabrın 29-dan noyabrın 2-dək  Türkiyənin Antalya şəhərində keçirilən Türkiyə Ortopedlər və Travmatoloqlar Birliyi Dərnəyinin (TOTBD) 23-cü konqresində Azərbaycan ortoped-travmatoloqları da iştirak etmişlər. Konqresdə iştirak edən 2700-ə qədər travmatoloq-ortopedin 200-dən çoxu xaricdən gələn mütəxəssislər olmuşdur.

İlk dəfə olaraq konqres çərçivəsində türkdilli ölkələrin ortoped və travmatoloqlarının birinci konfransı da keçirilmişdir. Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Şimali Kipr, Bolqarıstan və Yunanıstanın türk icmaları təmsil olunmuşdur. Türkdilli ölkələrin ortoped və travmatoloqlar federasiyasının başqanı professor Mahmut Nedim Doral seçilmişdir.

Azərbaycan təmsilçiləri konqres iştirakçılarına üç məruzə təqdim etmişlər. Azərbaycanın travmatoloq-ortopedləri Aydın Qəhrəmanovun "Qanz osteotomiyasına göstərişlər və uzunmüddətli nəticələrimiz", Qələndər Canbaxışovun (Aydın Qəhrəmanov ilə birgə) "Budun burmalararası sınıqlarının cərrahi müalicəsi" və Cəbrayıl Ələkbərovun "Deformasiyaların İlizarov metodu ilə düzəldilməsi" mövzularında məruzələri konqres iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Eyni zamanda, Aydın Qəhrəmanov konqresin 3-cü panel iclasına həmsədrlik etmişdir.

Azərbaycan ortoped-travmatoloqlarının məruzələri yüksək qiymətləndirilmiş və onlara TOTBD-in mükafatları verilmişdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM