04:31 09 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan ombudsmanı Metsamor AES-in bütün bölgə üçün potensial təhlükə olması barədə bəyanat yayıb
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:53 27.01.2021

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Metsamor AES-in bütün bölgə üçün potensial təhlükə olması barədə bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bəyanatda deyilir: “Bu yaxınlarda Ermənistan parlamentində Metsamor AES-in radioaktiv tullantılarının hərbi məqsədlər üçün istifadəsi ilə bağlı aparılan müzakirələr bizi ciddi narahat edir. Parlamentin Regional məsələlər və Avrasiya İnteqrasiyası daimi komitəsinin iclasında Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Metsamor AES-də xeyli miqdarda radioaktiv tullantı, həmçinin "sənaye tullantıları" kimi təsnif olunmayan radioaktiv yanacaq istehsal etdiyini söyləyib.

Bundan əlavə, Ermənistanın 30 ilədək müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini radioaktiv şəkildə çirkləndirməsindən də narahatlıq hissi keçiririk. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu təsdiq edir ki, Metsamor AES-in tullantıları Azərbaycanın Ağdərə və Kəlbəcər rayonlarının ərazisində basdırılması ilə bağlı məlumatlar mövcuddur.

Müddəti bitmiş Metsamor AES yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükədir. Bundan əlavə, Cənubi Qafqazın zəlzələyə meyilli bölgəsində yerləşməsi onun fəaliyyətini daha da təhlükəli edir. AES-in ətrafında 5 tektonik qırılma var ki, bunlardan biri də stansiyadan cəmi 500 metr uzaqlıqdadır.

Beləliklə, bölgənin bütün ölkələri Çernobıl və Yaponiyanın Fukuşima Atom Elektrik stansiyalarının aqibətini yaşamaq təhlükəsi ilə üz-üzədirlər.

Bir sıra beynəlxalq təşkilatlar da Metsamor AES ilə bağlı narahatlıqlarını vurğulayıblar. 2017-ci ildə Avropa İttifaqının Komissiyasının vitse-prezidenti Federica Mogherini sözlərinə görə, “Aİ Metsamor Nüvə Elektrik Stansiyasının (MNPP) yaratdığı risklərdən tam xəbərdardır. Bu səbəbdən, MNPP-nin sürətli bir şəkildə bağlanması və istismardan çıxarılması Aİ və Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı üçün əsas hədəf olaraq qalır. Çünki bu elektrik stansiyası beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi standartlarına cavab verəcək şəkildə təkmilləşdirilə bilməz.”

Ancaq belə görünür ki, Ermənistan stansiyanı bağlamağı planlaşdırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb.

Metsamor AES-in yarada biləcəyi bütün təhlükələri nəzərə alaraq, Çernobıl və Fukuşimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün bütün müvafiq beynəlxalq təşkilatları stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 1588 saylı qətnaməsinin (2007) müəyyən etdiyi tələblərlə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırıram”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM