27 Yanvar 2021 22:43
621
SİYASƏT
A- A+

Azərbaycan nümayəndələri Leninqradın blokadadan azad olunması münasibətilə keçirilən mərasimdə iştirak ediblər

 

Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş konsulluğunun əməkdaşları Leninqradın blokadadan azad olunmasının 77-ci ildönümü münasibətilə keçirilən mərasimdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, yanvarın 27-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Piskaryov Memorial məzarlığında hökumətin təşkilatçılığı ilə Böyük Vətən müharibəsində Leninqradın blokadadan tam azad olunmasının 77-ci ildönümü münasibətilə mərasim keçirilib.

Mərasimdə baş konsul Sultan Qasımov və konsulluğun əməkdaşları, Sankt-Peterburq hökumətinin nümayəndələri, Rusiya XİN-in Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbərliyi və digər rəsmi şəxslər, xarici ölkələrin bu şəhərdəki baş konsulluqlarının rəhbərləri, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Leninqradın 1941-ci il sentyabrın 8-dən başlanmış blokadası 900 gün davam edib və 1944-cü il yanvarın 27-də şəhər blokadadan tamamilə azad olunub.

Baş konsul Sultan Qasımov blokada zamanı və Leninqrad uğrunda döyüşlərdə həlak olanların xatirəsini ehtiramla yad edib. Diplomat Piskaryov Memorial məzarlığındakı “Ana Vətən” abidəsi qarşısına Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş konsulluğu adından gül çələngi qoyub.

Sultan Qasımov və Türkiyə Respublikasının Sankt-Peterburqdakı baş konsulu Mehmet Ferhan Yorulmaz Leninqradın azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsini əbədiləşdirən məzarlıqda quraşdırılmış lövhənin önünə çiçəklər qoyublar.

Anım mərasimindən əvvəl Sankt-Peterburq hökumətinin vitse-qubernatoru Yevgeniy Qriqoryev Azərbaycanın baş konsulu Sultan Qasımov və Türkiyənin baş konsulu Mehmet Ferhan Yorulmaz ilə görüşüb. Görüş zamanı vitse-qubernator Y.Qriqoryev Rusiya, Azərbaycan və Türkiyə dostluğunun bundan sonra da inkişafının vacibliyini xüsusi vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video