Azərbaycan neftinin və qazının ixracı üçün heç bir problem yoxdur
Pandemiya və sərt hava şəraitində hasilat da qaydasında davam edir
Koronavirus pandemiyası nə qədər sınağa çəksə də, Azərbaycan neftçiləri dənizdə və quruda karbohidrogenlərin hasilatını fasiləsiz və təhlükəsiz şəkildə davam etdirirlər. Neftçilərimiz karantin qaydalarına məsuliyyətlə əməl edərək əmək növbəsində dayanıblar. Qışın sərt havasının işi bir qədər də çətinləşdirməsinə baxmayaraq, onlar çiyinlərinə düşən şərəfli vəzifənin öhdəsindən layiqincə gəlirlər. Odur ki, ixrac da ahəngdar həyata keçirilir.
Cari ilin yanvar ayında ölkəmizdən 4 milyon 14,2 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri 1 milyard 359,7 milyon ABŞ dolları olub. Dövlət Gömrük Komitəsinin yaydığı bu məlumatda bildirilir ki, keçən ilin eyni ayında ölkədən 3 milyon 986 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 1 milyard 960,5 milyon dollar təşkil etmişdir.
Söhbət neft ixracından gedəndə təbii ki, ilk növbədə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri yada düşür. Üç ölkə ərazisində 1768 kilometr məsafə qət edən BTC əsas ixrac boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri ümumilikdə 475 milyon tondan artıq (3,57 milyard barel) xam neft daşıyıb. Kəmərin nəql etdiyi neft Ceyhanda 4659 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
BTC-nin operatoru olan BP şirkətinin məlumatına görə, keçən il ərzində kəmərlə 27,8 milyon tondan artıq (təqribən 211 milyon barel) xam neft və kondensat ixrac olunub. Bununla Ceyhanda 278 tanker yüklənib.
Xatırladaq ki, hazırda BTC əsasən Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının neftini və “Şahdəniz” yatağının kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə müəyyən həcmdə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti də nəql olunur.
Mavi yanacaq ixracını əks ətdirən göstəricilər də maraq doğurur. Keçən il Azərbaycandan xaricə qaz satışı 13,5 milyard kubmetr təşkil edib. Əvvəlki illə müqayisədə qaz satışı 1,8 milyard kubmetr, yəni 15,6 faiz çox olub.
Qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 milyard kubmetr Azərbaycan təbii qazı ötürülüb. Bu barədə Energetika Nazirliyi məlumat verib. 2020-ci ildə həmin rəqəm 11,1 milyard kubmetr təşkil edib. Mavi yanacağın 4,7 milyard kubmetri TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri), qalanı BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə göndərilib.
Ötən ilin dekabr ayında Türkiyə Azərbaycandan 1,1 milyard kubmetrdən çox təbii qaz idxal edib. Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatından bildirilib ki, dekabrda Azərbaycandan idxal edilən qazın həcmi noyabrla müqayisədə 102 milyon kubmetr çox olub. Həmin ay Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan sonra Azərbaycan ikinci yerdə qərarlaşıb. Belə ki, dekabrda Türkiyə Rusiyadan 2,94 milyard kubmetr qaz alıb.
2020-ci ildə Gürcüstana Bakı-Tbilisi-Ərzurum xətti ilə 0,9 milyard kubmetri “Şahdəniz”dən, qalanı SOCAR-dan olmaqla ümumilikdə 1,1 milyard kubmetr, Qazıməmməd-Qazax kəməri ilə isə əsasən SOCAR-dan olmaqla 1,2 milyard kubmetr qaz göndərilib.
Bu ilin yanvar ayında isə ölkəmizdən ümumilikdə 1 milyard 120,2 milyon kubmetr təbii qaz ixrac edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri 100 milyon dollardan çox olub.
Qeyd edək ki, Türkiyə Azərbaycan təbii qazını BTƏ və TANAP-la idxal edir. Qazı Azərbaycandan və Gürcüstandan keçməklə Türkiyə sərhədinədək CQBK - Cənubi Qafqaz Boru Kəməri nəql edir. Burada CQBK-ya qoşulan əlavə borular Ərzurumadək uzanır, odur ki, həmin xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.
CQBK 2006-cı ilin sonlarında istismara verilib, o vaxtdan da “Şahdəniz” təbii qazını Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırır. Genişləndirilmiş CQBK isə kommersiya qaz həcmlərini 2018-ci ilin iyunundan
TANAP-a ötürür. İyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP-la Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin ayın 30-da başlanıb. Bu kəmərlə Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili keçən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Cari ildə kəmər Türkiyəyə 6 milyard kubmetr Azərbaycan təbii qazı ixrac edəcək. Sonrakı dövrdə bu boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq.
2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan təbii qazını TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) ötürmək üçün hazır vəziyyətə gətirilib.TANAP-ın ikinci fazası 2019-cu il noyabrın 30-da istifadəyə verilib. Bu kəmərə birləşdirilən və Azərbaycan təbii qazını Avropaya daşıyan TAP-a sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.
Xatırladaq ki, TAP boru kəməri ötən ilin sonunda istismara daxil oldu və dekabr ayının 31-də Azərbaycan təbii qazını Avropaya nəql etməyə başladı. TAP-ın işə düşməsi ilə “Cənub qaz dəhlizi” tam sistem kimi istifadəyə verildi.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!