13 Yanvar 2021 23:59
601
SİYASƏT
A- A+

Azərbaycan ilə Pakistan arasında regional və beynəlxalq məsələlər müzakirə olunub  

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb.

XİN-in Mətbuat Xidməti İdarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər iki ölkə arasında dostluq və qardaşlıq əsasında inkişaf edən ikitərəfli əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar.

Şah Mahmud Qureşi Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini ifadə edib. İslamabadda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında regionda əməkdaşlığın daha da inkişaf etdirilməsi qətiyyətinin bariz nümunəsi olduğunu bildirib.

Ceyhun Bayramov dost Pakistan hökumətinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi, o cümlədən Pakistan Xalqı tərəfindən nümayiş etdirilən qətiyyətli dəstəyi məmnunluqla vurğulayıb. Vətən müharibəsi dövründə bu prinsipial mövqe birmənalı şəkildə ifadə olunduğu üçün qarşı tərəfə təşəkkür bildirilib. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin ikinci görüşünə uğurla ev sahibliyi etdiyinə görə pakistanlı həmkarına minnətdarlıq bildirilib.

Nazirlər habelə ikitərəfli münasibətlərin bir çox aspektləri o cümlədən, ticarət, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video