23:48 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri Mariya Pavlovna Hüseynova-Atanasovadan
ANA SƏHİFƏ / MƏKTUBLAR
16:23 28.11.2020

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan-Bolqarıstan ictimai birliyinin adından Sizi Azərbaycanın Böyük Qələbəsi münasibətilə təbrik edirik. Qarabağ Azərbaycandır!

Cənab Prezident, Siz Azərbaycan xalqının ümummilli lideri, dahi Heydər Əliyevin işini və siyasətini ləyaqətlə davam etdirirsiniz. Sizin adınız tarixə, diplomatiya tarixinə, beynəlxalq münasibətlər tarixinə və hərbi iş tarixinə düşüb. Sizin siyasətiniz sayəsində Azərbaycanda – dünyanın bu gözəl guşəsində müxtəlif millətlərdən olan insanlar, o cümlədən bolqarlar yaşayırlar. Bütün bunlar ona görə mümkündür ki, Azərbaycanda milli azlıqlara münasibətdə tolerantlıq və multikulturalizm siyasəti həyata keçirilir. Azərbaycan xalqının çoxillik tarixi mədəniyyətlər arasında dözümlülük və dialoq ruhunun, həmçinin ölkənizdə yaşayan bu qədər müxtəlif insanlar arasında, onların etnik, mədəni, dil və din mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq ruhunun yaradılması və bərqərar olması üçün mühüm amildir.

2005-ci ildə Azərbaycanda "Azərbaycan-Bolqarıstan dostluğunun inkişafına kömək” İctimai Birliyi yaradılıb, bolqar dilində "Akord” adlı beynəlxalq jurnal nəşr edilir. Bu İctimai Birliyin sədri Azərbaycanın qədim tarixə malik Gəncə şəhərində doğulub boya-başa çatmış etnik bolqar qadındır.

On beş il ərzində bu cəmiyyətin fəaliyyətinin və jurnalın nəşrinin əsas missiyası auditoriyanı Azərbaycan ilə Bolqarıstanın qarşılıqlı münasibətlərində baş verən ən mühüm və aktual hadisələr barədə məlumatlandırmaqdır.

Ermənistan tərəfinin törətdiyi təcavüz və terrorizm ilə əlaqədar hərbi əməliyyatlar dövründə sosial şəbəkədə informasiya meydanını ələ keçirmək məqsədilə cəmiyyətin "Instagram” sosial şəbəkəsində "@azerbaijan_bulgaria” rəsmi səhifəsi yaradılıb. Bu səhifədə yerləşdirilən postlarda Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən təcavüzün, terrorizmin və vandalizmin nəticələri barədə məlumatlar əks olunur.

İctimai Birlik Bolqarıstanın Prezidentinə, Baş nazirinə, parlamentinə, Plovdiv və Varna şəhərlərinin rəsmi şəxslərinə, kütləvi informasiya vasitələrinə müraciət göndərib. Həmin müraciətdə Azərbaycanda baş verən real hadisələr, Azərbaycanın dinc əhalisinə qarşı erməni təcavüzü və terrorizmi barədə məlumat verilib. Müraciətdə deyilirdi ki, Azərbaycanda dinc şəraitdə yaşayan bolqarlar Ermənistanın təxribatçı hərəkətlərini və siyasətini qətiyyətlə pisləyirlər.

Noyabrın 10-da Bolqarıstan və Azərbaycan KİV nümayəndələri ilə uğurla təşkil edilmiş "Azərbaycan-Bolqarıstan” telekörpüsü xoş təsadüfdən Azərbaycanın Böyük Qələbə Günü ilə eyni vaxtda düşdü.

Çoxmillətli Azərbaycan xalqı adından Sizə - Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə, birinci xanım və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Sizin bütün ailənizə və bütün Azərbaycan xalqına sülh, firavanlıq, xoşbəxtlik, cansağlığı və Azərbaycanın inkişafı naminə uğurlu fəaliyyət arzu edirik.

Hörmətlə,


Mariya Pavlovna Hüseynova-Atanasova

"Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri,

bolqar dilində "Akord” jurnalının baş redaktoru



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM