17:23 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:15 19.01.2021

 

Yanvarın 19-da Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyev, sədrin birinci müavini, deputat Əhliman Əmiraslanov, sədr müavinləri – deputat Eldar İbrahimov, Bayram Yusifov, Vahid Novruzov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli və digər rəsmi şəxsləri 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gedərək ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

Şuradan AZƏRTAC-a bildiriblər ki, ziyarət zamanı 20 Yanvarı Azərbaycanın müstəqillik tarixinin faciəli, eyni zamanda, ən şanlı günlərindən biri kimi dəyərləndirən Ağsaqqallar Şurasının sədri Eldar Quliyev ümummilli lider Heydər Əliyevin hadisələrdən dərhal sonra imperiyanın mərkəzində - Moskvada bu cinayətə etirazını bildirərək öz xalqı ilə həmrəylik nümayiş etdirdiyini, xalqımızın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində mühüm addımlar atdığını vurğulayıb.

Həmçinin bildirilib ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma, əzəli və əbədi torpaqlarımızı, Qarabağımızı işğaldan azad edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM