05:32 09 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azay Quliyev ATƏT PA-da Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışıb
ANA SƏHİFƏ / SİYASƏT
22:53 27.01.2021

 

Yanvarın 27-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) “Helsinki+50 istiqamətində: Ortaq məqsədin yenidən təsdiqlənməsi” mövzusunda dəyirmi masası keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa iştirakçıları ATƏT-in beynəlxalq institut kimi gələcək fəaliyyətinin səmərəli qurulması, institusional islahatlar və qəbul olunan qərarların icrasına nəzarət mexanizmləri kimi məsələləri müzakirə ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ATƏT-in regional dialoqun təkmilləşdirilməsində, regionda sülhün yaradılması və təhlükəsizliyin bərqərar olunması proseslərində daha yaxından iştirakını təmin etməyin mümkün yollarına toxunub.

Bildirib ki, səmərəli müzakirələr və dialoq vasitəsilə bir çox məsələlərdə ortaq məxrəcə gəlmək üçün ATƏT institutlarının mövcud mexanizm və alətlərini geniş istifadə etmək lazımdır. ATƏT PA mühüm məsələlərin müzakirəsi üçün təsirli rol oynayan 2 xüsusi komitə (Terrorçuluqla Mübarizə və Miqrasiya üzrə), Prosedur Qaydaları və İş Praktikası üzrə Alt Komitə və qeyri-rəsmi İpək Yoluna Dəstək Qrupu kimi alətlərdən istifadə edir. Qərarların qəbul edilməsi prosesində iştirak edən şəxsləri və ölkələrimizin hökumətlərinin yüksək vəzifəli rəsmilərini bu dialoq platformaları çərçivəsində verilmiş məsələlərə dair fikir və planlarını bölüşməyə dəvət etmək də vacibdir.

Nümayəndə heyətlərinin regionlara əsaslanan ayrıca platformalarının yaradılmasını təklif edən A.Quliyev deyib: “Bu, regional məsələlərin vaxtında və daha yaxşı həllinə, konstruktiv həll yolunun tapılmasına kömək olardı. Xarici İşlər nazirlikləri də parlamentarilərlə birlikdə bu görüşlərə qoşula bilər. Buna misal olaraq qeyd edə bilərəm ki, Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra 6 regional ölkəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranı bir araya gətirərək çox unikal regional dialoq və əməkdaşlıq formatına start verdi. Bu, regional sülhü və təhlükəsizliyi təşviq edəcək, Ermənistan və Azərbaycan arasında əlaqələr və kommunikasiyaların yenidən açılmasına kömək edəcək çox ümidverici bir təşəbbüsdür”.

A.Quliyev, həmçinin bildirib ki, əsasən deklarativ xarakter daşıyan və konsensusun olmaması səbəbindən bir çox hallarda konkret nəticəsi olmayan ATƏT Nazirlər Şurası iclaslarının effektivliyini artırmaq çox vacibdir.

“Buna görə də baş verə biləcək fikir ayrılıqlarını və mübahisəli vəziyyətləri müzakirə etmək və mümkünsə qarşısını almaq üçün Nazirlər Şurasının görüşlərindən əvvəl nazir müavinləri səviyyəsində ilkin və ya hazırlıq iclaslarının keçirilməsini təklif edərdim. O zaman konsensus əldə etmək şansı daha yüksək ola bilər. Digər bir vacib məqam da, təhlükəsizlik arxitekturasının qurulmasında ATƏT-in rolunu gücləndirmək və üzv ölkələr arasında dialoq və tərəfdaşlığı daha da artırmaq üçün dövlət və hökumət başçılarının Zirvə toplantısının keçirilməsidir. Lakin əvvəlcə nəyə ehtiyac duyduğumuzu və nə etməli olduğumuzu dəqiq bir şəkildə qeyd etmək düzgün olar. Buna görə də, ATƏT və ATƏT PA-nın dövlət başçıları səviyyəsində müzakirə edilməli və təsdiq edilməsi lazım olan bütün çətin məsələləri və onların həll yollarını hazırlamaq üçün ortaq bir işçi qrupu yaratmasını təklif edərdim”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM