10:45 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azad olunmuş ərazilərdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanacaq

ANA SƏHİFƏ / SİYASƏT
00:42 28.01.2021

 

Zəfərimizin müəllifi olan İlham Əliyev Qarabağ bölgəsinin yüksəlişini də təmin edəcək

 

Ötən ilin payızında torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün dünya Azərbaycanın döyüş meydanındakı hərbi qələbəsinə şahidlik etdi. Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu cəmi 44 gün müddətində Ermənistana elə bir zərbə vurdu ki, tarixboyu işğalçılar bunu unuda bilməyəcəklər. Bu zəfərimizə dostlarımız sevindi, bədxahların və erməni təəssübkeşlərinin isə bağrı yarıldı.

 

Qələbə erməni barbarlığını dünyaya olduğu kimi çatdırmağa imkan verdi

 

İlham Əliyev qələbəmizi sərkərdə qətiyyəti ilə təmin etdi, eyni zamanda Dağlıq Qarabağ məsələsi ətrafında yeni tarixi şərait yaratdı. Bu şərait ondan ibarətdir ki, artıq Dağlıq Qarabağ problemi yoxdur. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində ikinci erməni dövləti qurmaq iddiasına birdəfəlik son qoyuldu. Dağlıq Qarabağdakı ermənilərin isə Azərbaycan dövlətinin qanunları ilə yaşamaqdan başqa yolları yoxdur. Beləliklə, həm Azərbaycan dövləti özünün ərazi bütövlüyünü bərpa etdi, həm də Dağlıq Qarabağ problemini özünün milli maraqları çərçivəsində yoluna qoydu.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya başqa bir reallığa da şahidlik etdi. Belə ki, şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Əslində, Ermənistanın işğal etdiyi ərazilərimizi viran qoyması əvvəldən də məlum idi. Sadəcə, həmin ərazilər düşmənin nəzarətində olduğundan bununla bağlı faktları dünyaya çatdırmaq mümkün deyildi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Ağdamın işğaldan azad olunması erməni vandallığını olduğu kimi dünyaya çatdırmağa imkan verdi. Cəbaryıl, Füzuli, Ağdam şəhərlərində, bu rayonların kənd və qəsəbələrində bir yaşayış binası, bir ev belə salamat qalmayıb. Erməni vandalları binaları daşlarına qədər söküb, şəhər və kəndləri xaraba qoyublar.

Düşmən milli-mədəni, tarixi və dini abidələrimizə də qənim kəsilib,  dağıda bildiyini dağıdıb, talaya bildiyini talayıb. O cümlədən yeraltı və yerüstü sərvətlərimizi 30 il ərzində qanunsuz şəkildə istismar edib və oğurlayıblar. İşğal altında olan ərazilərimizin gözəl təbiəti də erməni xislətinin qurbanı olub, meşələr, qiymətli ağac növləri kəsilib, tarixi orta əsrlərə qədər uzanan ağaclar məhv edilib.

Bəli, müharibə həm də dağıntı deməkdir. Amma Dağlıq Qarabağ savaşında dağıntıların yeganə müəllifləri erməni işğalçıları oldular. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və biz heç vaxt bu ərazini dağıda və ya yandıra bilməzdik. Hətta Şuşanın işğaldan azad olunması əməliyyatında Azərbaycan Ordusu şəhərə maddi ziyan dəyməməsi üçün bütün imkanları səfərbər etdi, hücum zamanı şəhəri ağır hərbi texnikadan, toplardan atəşə tutmadı. Çünki biz Şuşanı dağıda bilməzdik.

Ulu tarixin sübuta yetirdiyi başqa məsələlər də var. Belə ki, tarixboyu müharibə zamanı şəhərləri dağıdanlar, vandallığa yol verənlər, mədəniyyətə qənim kəsilənlər həmişə mədəni şüur səviyyəsi aşağı olan xalqlar olublar. Qədim romalılar onlara “barbar”  deyirdilər, Hansı ki onlar Romanı dağıdıb yandırmışdılar.  Bu gün isə müharibə, milli, dini, irqi ayrı-seçkilik və aparteid siyasəti yeridənlər, mədəni sərvətləri dağıdanlar da məcazi mənada barbarlar adlandırılır. Bu mənada erməni işğalçıları müasir dövrümüzün barbarlarıdır. Çünki onların Azərbaycana qarşı işğalçılığını və 30 ilə yaxın müddətdə torpaqlarımızda törətdikləri barbarlıqdan başqa bir şey deyil. Tarixi, milli-mədəni və mənəvi abidələrimizi dağıdan, xalqımızın bu torpaqlardakı izini itirməyə çalışan, Azərbaycana qarşı kompleks soyqırımı siyasəti həyata keçirən bir işğalçını başqa cür adlandırmaq da mümkün deyil.

 

Böyük qayıdış başlayıb

 

Qarabağın dirçəlişi və işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış isə çoxdan başlayıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının təməli hələ bir neçə il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə qoyulub. Hələ o zaman bu kiçik kəndin timsalında xalqımız gördü ki, Prezident İlham Əliyev tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək və həm də onları yenidən dirçəldəcək. Hər birimiz hələ o zaman İlham Əliyevin qələbə və quruculuq əzminin, qətiyyətinin şahidi olmuşduq.

İndi isə bütün azad olunmuş şəhər və rayonlar dirçəliş yolundadır.  Hələ müharibənin davam etdiyi günlərdən İlham Əliyevin göstəriş və tapşırıqları ilə azad olunmuş ərazilərdə kommunikasiyaların bərpasına başlanılıb. 2020-ci ilin yekunlarına həsr olunmuş və videoformatda keçirilən müşavirədə yekun nitqini bu mövzu ilə tamamlayan  Prezident İlham Əliyev Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

İşğaldan azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal, digər zəruri infrastrukturların, mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin tikintisi və digər məqsədlərlə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb.

 

Dünya xalqımızın quruculuq əzminin şahidi olacaq

 

Yanvarın 4-də isə Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda qeyd olunur ki, otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq: “Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaqdır”.

Hazırda işğaldan azad olunmuş ərazilərdə kommunikasiyaların bərpası istiqamətində çoxsaylı layihələr icra olunur. Yollar çəkilir, enerji ilə təminat məsələləri yoluna qoyulur. Bunlar ilkin addımlardır. Böyük qayıdış isə kompleks tədbirlər sistemindən ibarətdir. Bu proqrama uyğun olaraq işğaldan azad  olunmuş bütün ərazilərimiz tamamilə yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın layiqli yaşayışı, məişəti, məşğulluğu təmin ediləcək. Qarabağ bölgəsi Azərbaycanın iqtisadiyyatına böyük töhfələr verəcək. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanacaq.

Bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM