11:18 01 Mart 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ayaz Qocayev: Ermənistan 30 il ərzində Cenevrə və Haaqa konvensiyalarını pozub
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
13:53 27.11.2020

1988-1994-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsi zamanı azərbaycanlılara qarşı aparılmış etnik təmizləmədən sonra 30 il ərzində digər ölkələrdən gətirilmiş ermənilərin məskunlaşdırıldığı Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonda erməni silahlı qüvvələri Azərbaycanın zəngin mədəni irs abidələrinə ciddi ziyan vurub, onları qarət edib, nadir dini və mədəniyyət abidələri dağıdılıb və yerlə-yeksan edilib.

1993-cü ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonda, 44 günlük hərbi əməliyyatlar zamanı Ermənistanın yaşayış məhəllələrini hədəfə alması nəticəsində 90-dan çox azərbaycanlı mülki şəxs həlak olub və azı 500 nəfər yaralanıb. Bu qurbanlar döyüş bölgələrindən uzaqda yerləşən rayonlarda olub. Gəncə, Mingəçevir şəhərlərində, habelə Xızı, Abşeron, Ağdam, Ağcabədi, Goranboy, Bərdə, Beyləqan, Tərtər rayonlarının erməni silahlı qüvvələri tərəfindən niyyətli şəkildə bombardman edilməsi nəticəsində uşaq, qadın və qocalar həlak olub. Bu raket hücumları Ermənistan hökumətinin razılığı ilə ballistik raketlərlə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev Anadolu agentliyinə müsahibəsində deyib.

Bildirib ki, Cenevrə Konvensiyasına (1949) əsasən, Ermənistanın mülki əhaliyə hücumları müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətdir. Erməni silahlı qüvvələri mülki infrastrukturu hədəfə alıb, minlərlə fərdi ev, yüzlərlə mənzil dağıdılıb, mülki infrastruktura ciddi ziyan dəyib.

A.Qocayev vurğulayıb ki, Ermənistan qəsdən münaqişə zonasından uzaqda yerləşən, əhalinin sıx yaşadığı, zəngin tarixi və mədəni abidələrinə malik şəhərləri atəşə məruz qoyub. Bu müharibə cinayətlərini törədənlər tapılacaq və məhkəmə qarşısında cavab verəcəklər.

Qarabağda erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə dağıdılmış tarixi və mədəni abidələri sadalayan A.Qocayev tarixboyu erməni daşnaklarının azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasəti barədə məlumat verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM