14 Yanvar 2021 17:38
654
DÜNYA
A- A+

Avropa İttifaqı kosmik innovasiyalara 300 milyon avro xərcləyəcək

 

Avropa İnvestisiya Fondu (EIF) və Avropa Komissiyası (AK) Avropa ittifaqının(Aİ) kosmik sənayesinə 300 milyon avro məbləğində investisiyalar barədə birgə bəyanat imzalayıblar. İnvestisiyaların məqsədi innovasiyaların dəstəklənməsidir. Bu barədə "Rosbalt" agentliyi xəbər verir.

Brüsseldə keçirilən 13-cü Avropa Kosmik konfransında daxili bazar komissarı Tyerri Breton bildirib ki, kosmik texnologiyalar sahəsində kiçik və orta müəssisələrə investisiyalar kosmik sənayenin "bərpasının vacib elementidir".

Fondun və Avropa Komissiyasının birgə bəyanatına əsasən, investisiya  Orbital Ventures və Primo Space təşkilatlarına yönəldiləcək . Bu qurumlar  Aİ-nin dövlət dəstəyi ilə İnnovFin Space Equity Pilot layihəsi üzərində işləyir.

Layihə bütün Avropada 50-ə yaxın kosmik texnika şirkətini dəstəkləməyə yönəlmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video