16:19 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir
ANA SƏHİFƏ / SİYASƏT
17:51 19.01.2021

 

Azərbaycan Prezidentinin bu yaxınlarda işğaldan azad edilmiş Şuşaya səfəri böyük marağa səbəb olub və bu səfər Azərbaycan üçün böyük tarixi və mənəvi əhəmiyyətə malikdir. Azərbaycanın parlaq və müzəffər qələbəsi, Ermənistanın tam kapitulyasiyası ilə başa çatmış 44 günlük Vətən müharibəsi hələ uzun illər boyu dünyanın bir sıra ölkələrində öyrəniləcək, müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və İsraildə Azərbaycan Evinin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut söyləyib.

Qutun fikrincə, Prezidentin və onun ailə üzvlərinin bu yaxınlarda Şuşaya tarixi səfəri onun ənənələrə sadiqliyinin növbəti təzahürü olub.

İsrailli ekspert deyib: “Azərbaycan mədəniyyətinin bu incisi 28 il erməni işğalçıların əlində olub. Əsrlərboyu Azərbaycan mədəniyyətinin beşiyi olmuş bu şəhər Azərbaycan xalqına dünya şöhrətli Üzeyir Hacıbəyli və Rəşid Behbudov, həmçinin Xurşidbanu Natəvan, Bülbül, Xan Şuşinski və Niyazi kimi parlaq şəxsiyyətlər, incəsənət, poeziya və mədəniyyət xadimləri bəxş edib. Bu böyük şəxsiyyətlərin hamısı Azərbaycanın dilbər guşəsi olan Şuşada doğulub, orada boya-başa çatıb. Şuşa bütün azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Yerusəlim yəhudilər üçün nə deməkdirsə, Şuşa da azərbaycanlılar üçün elədir. Onlar bu yenilməz qalada doğulub və Azərbaycanın ucsuz-bucaqsız vadilərindən axıb gələn saf dağ selləri kimi minilliklər boyu Azərbaycanın gözəlliklərini yaradıblar”.

Arye Qut yazır ki, Prezident İlham Əliyevin müdrik və uğurlu rəhbərliyi, Azərbaycan əsgərlərinin və zabitlərinin mərdliyi, igidliyi, fədakarlığı və qəhrəmanlığı sayəsində Azərbaycan bu gözəl, tarixi şəhəri erməni işğalçılar tərəfindən məhv olmaqdan azad edib. Azərbaycanlılar Şuşanın itirilməsi ilə heç vaxt barışmazdılar, onlar hər kəs üçün müqəddəs olan Şuşaya qayıtmalı idilər və qayıtdılar!

Prezident Əliyev Şuşadakı çıxışında deyib: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

İsrailli ekspertin fikrincə, Azərbaycan inamla və qətiyyətlə öz ərazilərini işğaldan tam azad edib. Bu məsələdə hər hansı yarımçıq variantlar nəzərdən keçirilmirdi. Müasir müharibədə hansı tərəfin döyüş əməliyyatlarını təmin etmək üçün daha mükəmməl yüksək texnoloji vasitələri varsa, həmin tərəf qalib gəlir. Azərbaycan otuz il erməni işğalı altında olmuş ərazilərini azad edərək qalib gəldi və Cənubi Qafqaz regionunda özünün geosiyasi, hərbi-texniki, texnoloji və diplomatik gücünün artmasını bütün dünyaya sübut etdi.

Bakıda keçirilən Zəfər Paradında Azərbaycan Silahlı Qüvvələrinin təchizatında olan və bu yaxınlarda başa çatmış müharibənin gedişində fəal istifadə edilmiş əsas silah və hərbi texnika nümunələri nümayiş etdirildi. Şübhəsiz, Azərbaycan qoşunlarının uğur qazanmasında böyük rol oynamış Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatları və raket kompleksləri xüsusi diqqətə layiq idi.

İsrailli ekspert vurğulayır ki, bu gün Azərbaycan postsovet məkanında otuz ildən sonra öz ərazilərini işğaldan azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir.

Prezident İlham Əliyev Şuşaya tarixi səfəri zamanı deyib: “Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq və tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək, toy-bayram olacaq”.

Azərbaycan Prezidenti, Respublika Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev, güclü, yaxşı təchiz olunmuş müasir Azərbaycan Ordusu ilə birlikdə kənardan müxtəlif təzyiqlərə baxmayaraq tarixi addım atmağa və işğal olunmuş torpaqları qaytarmağa, yəni bu işi qələbə ilə sona çatdırmağa nail oldu. Bunu hər siyasi lider bacarmazdı. Qeyd etmək lazımdır ki, strateji təfəkkür, güclü diplomatiya, dövlət başçısının qətiyyəti və dönməzliyi, habelə xalqın və ordunun ona inamı bu parlaq qələbəyə gətirib çıxardı.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM