14:26 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos arasında onlayn görüş keçirilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
21:26 24.11.2020

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə onlayn formatda görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan mədəniyyətinə dəymiş ziyan, habelə Prezident İlham Əliyevin "Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində 2021-ci ildə baş tutacaq 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili, eləcə də Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı müzakirələr aparılıb.

A.Kərimov son 30 ildə Ermənistanın apardığı təcavüzkar və işğalçı siyasəti nəticəsində Azərbaycanın vaxtilə işğal edilmiş və hazırda işğaldan azad olunan ərazilərində mövcud olan tarixi-mədəni abidələr və mədəniyyət infrastrukturunun acınacaqlı vəziyyəti, ölkəmizin bütün bu illər ərazində sülh və dialoq təşəbbüsləri barədə Ali Nümayəndəyə ətraflı məlumat verib.

Nazir qeyd edib ki, BMTSA 2010-cu ildən etibarən "Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşıdır. O, həmçinin BMTSA-nın 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda yüksək səviyyədə keçirildiyini bildirmişdir. Migel Angel Moratinos Azərbaycan ilə mədəniyyətlər və dinlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib.

A.Kərimov BMTSA-nın BMT-nin baş katibi tərəfindən "Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nın icrasına məsul qurum kimi mandatını xatırladaraq Azərbaycanın mənşəyindən asılı olmayaraq bütün ibadət məkanlarının qorunması ilə bağlı təşkilatla əməkdaşlığa hazır olduğunu qeyd edib.

M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Sonda regionda mədəniyyətlər və dinlərarası münasibətlərin inkişafı ilə bağlı təşəbbüs və layihələrin icrası və həmin layihələrin yaxşı nümunə kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda təqdim edilməsi barədə razılığa gəlinib.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM