09:45 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
13:45 28.01.2021

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) təşkilatçılığı ilə “Xüsusi karantin rejimində dissertasiya şuralarının fəaliyyətinin təşkili” mövzusunda onlayn iclaslar keçirilib.

AAK-dan AZƏRTAC-a bildirilib ki, karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən iclaslarda ölkənin 21 ali təhsil müəssisəsinin, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 32 elmi müəssisə və təşkilatın rəhbərləri, dissertasiya şuralarının sədrləri və elmi katibləri, Komissiyanın əməkdaşları, ümumilikdə 170 nəfərdən çox müəssisə rəhbəri, alim və tədqiqatçı iştirak edib.

İclasda məruzə ilə çıxış edən Komissiyanın sədri, professor Famil Mustafayev bildirib ki, ölkənin 53 elmi müəssisəsi (təşkilatı) və ali təhsil müəssisəsində 17 elm sahəsində 138 ixtisas üzrə 76 dissertasiya şurası, eləcə də 40 ixtisas üzrə 35 birdəfəlik dissertasiya şurası yaradılıb. Dissertasiya şuralarına ümumilikdə 1798 yüksəkixtisaslı mütəxəssis, o cümlədən AMEA-nın 48 həqiqi üzvü və 62 müxbir üzvü cəlb edilib.

Famil Mustafayev tədbir iştirakçılarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki göstərişlər”i əsasında Komissiyanın hazırladığı “Xüsusi karantin rejimi dövründə dissertasiya şuralarında müdafiələrin təşkili və keçirilməsinə dair Tələblər”lə tanış edib. O, həmçinin “Tələblər”ə əsasən müdafiələrin dissertasiya şurası üzvlərinin və digər şəxslərin müdafiənin keçiriləcəyi zalda qismən əyani iştirakı (yaşı 65-dən yuxarı olmamaqla), eyni zamanda, distant qoşulmaları təmin olunmaqla təşkil ediləcəyi barədə və gizli səsvermənin Komissiyanın rəsmi internet saytı üzərindən elektron qaydada həyata keçirilməsi mexanizmi haqqında ətraflı məlumat verib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM