10:54 28 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
01:20 28.02.2021

Qətiyyətin təntənəsi


01:17 28.02.2021

Prezident qayğısı


00:52 28.02.2021

Qisasın alındı, Xocalı!


00:19 28.02.2021

Virus qalxanı - anticisim


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağcabədi: əhalinin evlərinə dəyən ziyanın aradan qaldırılmasına başlanılıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:12 28.01.2021

 

Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində Ağcabədi rayonunda da mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Digər keçmiş cəbhəyanı rayonlar kimi, Ağcabədi rayonunda da mülki əhaliyə məxsus fərdi evlərə dəyən ziyanın aradan qaldırılmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri rayonun ən çox ziyan dəyən yaşayış məntəqələrindən olan Yuxarı Qiyaməddinli kəndinə gedərək bərpa və təmir-tikinti işləri ilə tanış olub.

Düşmənin artilleriya atəşi nəticəsində Yuxarı Qiyaməddinli kəndində vətəndaşlara məxsus 160-dan çox evə, eləcə də yardımçı tikililərə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına ziyan dəyib. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən evlərə, təsərrüfatlara baxış keçirib, dəymiş ziyan qeydiyyata alınıb, aktlar tərtib edilib.

Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bərpa və təmir-tikinti işlərinə başlanılıb. Təmiri və bərpası mümkün olmayan yaşayış evlərinin əvəzinə yeni evlərin inşası nəzərdə tutulur. Əraziyə kifayət qədər işçi qüvvəsi və texnika cəlb olunub. Yeni inşa ediləcək fərdi evlərin bünövrəsi qazılır və beton işləri həyata keçirilir.

Düşmənin artilleriya atəşi nəticəsində evi dağılmış Yuxarı Qiyaməddinli kənd sakini Lazım Quliyev deyib: "Oktyabrın 7-də mərmi düşməsi nəticəsində evimiz tamamilə dağılmışdı. Dövlətimizdən çox razıyıq. Evimizdəki məişət əşyalarına dəymiş ziyanla bağlı ailəmizə altı min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat yardım edildi. İndi isə üçotaqlı evin inşasına başlanılır. Prezidentimizə ailəmiz adından təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli və müzəffər ordumuzun 2020-ci il sentyabrın 27-də başladığı sülhə məcburetmə əməliyyatlarının gedişində Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər və rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikası Baş nazirinin 2021-ci il 14 yanvar tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 11 rayon və şəhərdə bərpa və təmir-tikinti işlərinə başlayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM