14 Yanvar 2021 17:39
716
DÜNYA
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampa impiçment elan etdi

 

ABŞ Konqresinin aşağı palatası Prezident Donald Trampa qarşı ittihamları təsdiq edib. İmpiçment haqqında sənədə konqresmenlərin əksəriyyəti səs verib.

 Beləliklə, Tramp ABŞ tarixində Nümayəndələr Palatasının iki dəfə impiçment elan etdiyi ilk prezident oldu.

İndi sənəd Senata göndəriləcəkdir. Onun yekun təsdiqi üçün  100-dən 67 səs lazımdır, lakin  bunun üçün demokratlara respublikaçı senatorların 17 səsi çatışmır.

Xatırladaq ki, Nümayəndələr Palatası tərəfindən 2019-cu ilin dekabrında qəbul edilmiş impiçment haqqında əvvəlki sənəd Senatda dəstək almamışdı.

Bununla yanaşı, Amerika KİV-in məlumatına görə, demokratlar artıq Co Baydenin inauqurasiyasından sonra, Senatda üstünlüyün əldə edildiyi vaxtda impiçmentin müzakirəsini davam etdirmək imkanını nəzərdən keçirirlər. Bu prosedurun məqsədi Trampı 2024-cü ildə prezident vəzifəsinə iddia etmək imkanından məhrum etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video