16:40 12 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

ABŞ-ın 5 ştatında "Xocalıya ədalət!" tələbi ilə məlumatlandırma aksiyası təşkil edilib
ANA SƏHİFƏ / SİYASƏT
09:15 26.02.2021

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, ABŞ-ın Yuta ştatında yaşayan Yuta və Nyu-York Azərbaycan İcmalarının nümayəndələri Əsmər Hüseynova və Kamran Qarayevin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, fevralın 25-də Xocalı soyqırımına dair həqiqətləri əks etdirən led ekranlı avtomobillər ABŞ-ın Corciya ştatının Atlanta, Tennesi ştatının Naşvil, Massaçusets ştatının Boston şəhərlərində, eləcə də Nyu-York və Vaşinqton şəhərlərində hərəkət edib. Ekranda üçrəngli dövlət bayrağımız, "Azərbaycan" sözü, "Xocalıya ədalət!", "Biz xatırlayırıq!" şüarları əks olunub, fotoşəkillər "Xocalı soyqırımı. 26 fevral 1992", "Ağdam. Xocalı qurbanlarının dəfn mərasimi", “63 uşaq öldürülüb, 76 uşaq əlil olub", "25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib", "Erməni yazıçısı David Xerdiyan Xocalıdakı qəddarlığı etiraf edib" və s. məlumatlarla müşayiət olunub.

Aksiya 5 ştatdakı dövlət qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların, Ermənistanın səfirlik və konsulluqlarının yerləşdiyi, eləcə də insanların sıx hərəkət etdiyi küçə və meydanları əhatə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM